“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə və yenidənqurma işlərinə yaxın, dost ölkələr reaksiya verib. Bu ölkələrdən biri də Macarıstan olub”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir deyib ki, Macarıstan minatəmizləmə işlərinə qrant təqdim edib və həmin ölkənin Mərkəzi Bankı vəsait ayıra biləcəyini açıqlayıb.
Bizim.Media