Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 169 147 000.43 ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
 

Bu, ötən ilin 9 ayı ilə müqayisədə 478 689 000 ABŞ dolları və yaxud 28.32 % çoxdur. Doqquz ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12.94%-ni təşkil edib.


Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Son vaxtlar avtomobil parkında Çin avtomobillərinin xüsusi çəkisi sürətlə artır.

Lakin insanlarda narahatlıq var ki, Çin maşınlarının ehtiyat hissələrinin tapılmasında problemlər yaşana bilər. Əvvəlki dövrlərdə biz sosial şəbəkələrdə bununla bağlı şikayətlər də müşahidə etmişik. Bəs indi bu sahədə vəziyyət necədir?

"Bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, ölkəmizdə Çin avtomobillərinin sayı artdıqca, ehtiyat hissələri çatışmazlığı problemi də yaranmağa başladı:
 

"Ekoloji və təmiz nəqliyyat vasitələrinə edilən güzəştlərdən sonra Çin avtomobilləri, xüsusilə elektrik və hibrid modellərin sayında kifayət qədər artım müşahidə olundu.


Bu da avtoparkımızın yenilənməsinə gətirib çıxardı. Lakin vacib məsələlərdən biri ehtiyat hissələri problemi idi.

Təəssüf doğuran məqamlardan biri ondan ibarət idi ki, rəsmi diler olmayan, yəni fərdi şəxslər tərəfindən gətirilən bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir".

E.Əliyev bildirib ki, fərdi şəxslər bu problemi aradan qaldırmaq üçün ehtiyat hissələri də idxal edirlər:

"Rəsmi distribütorların salonlarında satılan avtomobillərin ehtiyat hissələri həmin şirkətlərin servis mərkəzlərində mövcuddur. Bundan əlavə, paralel idxalın və ölkəmizə gətirilən avtomobillərin sayının çoxalmasını nəzərə alaraq, kənar şəxslər tərəfindən də ehtiyat hissələri idxal edilir.
 

Məsələn, müxtəlif şəbəkə mağazaları və ya fərdi sahibkarlar Çin avtomobillərinin ehtiyat hissələrini ölkəyə gətirirlər. Necə ki, əvvəllər digər avtomobillər üçün də rəsmi servisdən kənar ehtiyat hissələri gətirilirdi.


Sözsüz ki, bu ehtiyat hissələri orijinal olmur. Lakin avtomobili zəmanətsiz alan şəxslər çarəsiz qalaraq həmin hissələrdən istifadə edirlər".

"Rəsmi servis mərkəzlərindən asanlıqla tapılır"

Sədrin fikrincə, hazırda əksər ehtiyat hissələrini rəsmi servis mərkəzlərindən asanlıqla tapmaq mümkündür:

"İki il öncəyə qədər bəzi avtomobillərin ehtiyat hissələrinin tapılmasında müəyyən çətinliklər var idi. Lakin hazırda rəsmi distribütorlarda bu vəziyyət xeyli yaxşılaşıb. Əlbəttə, bütün markaların ehtiyat hissələri mövcud deyil. Amma 80-90 faiz ehtiyat hissələri rəsmi servis mağazalarının anbarlarında olur.
 

Rəsmi xətlə gətirilən avtomobillərin ehtiyat hissələrini rahatlıqla tapmaq mümkündür. Həm rəsmi servis xidmətləri, həm də kənar şəxslər tərəfindən ehtiyat hissələrinin gətirilməsi nəticəsində demək olar ki, Çin avtomobillərində ehtiyat hissələri problemi aradan qalxmaqdadır.


Hətta rəsmi servis mərkəzlərindən kənar böyük servis mərkəzləri də yaranıb ki, onlar Çin avtomobillərinə texniki xidmət göstərirlər. Çin avtomobilləri bazarda artan tələblə əlaqədar hərəkətliliyin əsas iştirakçısına çevrilməkdədir".

"Tələb artdıqca, ehtiyat hissələri də təmin olunur"

Elektromobil bloqeri İlkin Mustafayev də düşünür ki, avtomobillərə tələbat artdıqca, bu problem həll edilir:

"Hazırda ehtiyat hissələri ilə bağlı ciddi problem yaşanılmır. Bir müddət Çindən idxal edilən avtomobillərdə müəyyən problemlər yaşanılsa da, artıq bu avtomobillərin kütləviliyi səbəbindən sahibkarlar və servis məntəqələri hissələrin təmini və idxalı məsələsini aktuallaşdırır. ⁠
 

Çindən idxal edilən avtomobillər üçün də ehtiyat hissələri artıq normaya düşür. Təbii ki, hələ də hissələri tapılmayan və ya idxalını 2-3 ay gözləməli olan modellər var.


Çin markalı avtomobillərdə qısa müddətdə dizayn və digər köklü dəyişiklik edildiyi üçün bəzən bu problem daha aktual olur".

İ.Mustafayevin sözlərinə görə, əvvəlki illərlə müqayisədə ehtiyat hissələri bazarında Çin maşınları üzrə canlanma olduğu ortadadır:

“Avtomobillərin sayının artması hətta digər markalara - Avropa, ABŞ və ya Koreya markalarına xidmət göstərən servislərin artıq Çin maşınlarına da xidmət göstərməyə başlamasına gətirib çıxara bilir.
 

Ötən illə müqayisə etsək, bu bazar artıq dolmağa başlayıb. Çünki Çin maşınları nə qədər çoxalsa, onların ehtiyat hissələrinə tələbat da bir o qədər artır.


Servislər və ehtiyat hissələri idxal edən sahibkarlar da bu tələbatı nəzərə alaraq, detalların idxalını həyata keçirirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə evdən meyit TAPILDI

Gəncədə evdən meyit TAPILDI

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olundu -VİDEO

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olundu -VİDEO

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Öz saçı olmadığını etiraf etdi - FOTO

Öz saçı olmadığını etiraf etdi - FOTO

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

End of content

No more pages to load

RADİO