Manatın məzənnəsi ilə bağlı daha bir MÜHÜM XƏBƏR

Azərbaycan iqtisadiyyatında dedollarlaşma meyilləri artıb. Bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.

AMB sədri bildirib ki, 2022-ci ildən bəri Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar nəticəsində pul siyasətinin ötürücülük mexanizmi gücləndirilib, iqtisadiyyatda dedollarlaşma meyilləri artıb:

"Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2.1 faiz bəndi azalaraq oktyabr ayı nəticələrinə görə 28.5 faizə enib ki, bu da tarixi minimum göstəricidir. Bu dinamika həm manatla bağlı gözləntilərin müsbət olduğunu, həm də milli valyutamıza inamın gücləndiyini təsdiq edir".

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İqtisadçı Xalid Kərimlinin fikrincə, vətəndaşlar pullarının çox az qismini avro, dollar və digər xarici valyutalarda saxlayırlar, daha çox isə manata üstünlük verirlər:

"Mərkəzi Bank dedollarlaşmanı əmanətlərin strukturu ilə müəyyənləşdirir. Yəni insanlar əmanətlərini daha çox manatla yığıb, nəinki dollarla. Səbəblərdən biri manatda gəlirin daha çox olmasıdır. Manatla əmanətdə 11-12 faiz depozit gəliri verilirsə, dollarda bu rəqəm 2.5-3.5-dir. Vətəndaş da görür ki, manatın məzənnəsi uzun müddətdir dəyişmir, sabit olaraq qalır. O səbəbdən də pul itirmək istəmir. Əgər manatla olan depozitin gəlirliliyi azalsa, yaxud dollarla eyniləşsə, o zaman insanlar əmanətlərini daha çox dollarla qoymağa çalışacaqlar. Çünki dollar daha etibarlı valyutadır".

X.Kərimli bildirib ki, dedollarlaşma bankların gəlirini artırmaq üçün əlverişli vəziyyətdir:

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsin. Əmanətlərini manatla yatırsınlar ki, iqtisadiyyatda manatın payı artsın. Çünki banklar depozit olaraq götürdüyü məbləği kredit kimi verir. Banklar da kreditdən əlavə gəlir əldə edir. Dedollarlaşma maliyyə sabitliyinə də müsbət təsir göstərir. Mərkəzi Bankın rıçaqlarını, manatın rolunu artırır. İqtisadiyyat üçün müsbət prosesdir".

Bakı Ali Neft Məktəbinin biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılovun sözlərinə görə, dedollarlaşmanın səbəbi insanların manata olan inamı və gəlirin daha çox olmasıdır:

"Dedollarlaşma iqtisadiyyatda, maliyyə sektorunda, kredit-depozit hesablaşmalarında dollardan istifadənin azalması, onun yerinə milli valyutaya - manata yönəlmə deməkdir. Azərbaycan üçün dedollarlaşmanın səbəbi budur ki, 10 ilə yaxındır valyuta kursunun sabit saxlanmasına hesablanmış tənzimlənən məzənnə rejimi tətbiq olunur. Yəni dollar-manat kursu sabitdir. İkinci səbəb bankların manatla olan depozitlərə daha yüksək faiz təklif etməsidir. Bu fərq dollarla müqayisədə 3-4 dəfə daha çoxdur. Belə olduğu üçün də bank müştəriləri vəsaitlərini təbii ki, milli valyutada saxlamağa daha maraqlı olurlar. Çünki milli valyutadan daha çox faiz gəliri əldə edilir. Dolların kursu da sabit olduğu üçün dollarla əmanət saxlamaq iqtisadi baxımdan rasional seçim olmur".

A.İsmayılovun fikrincə, dedollarlaşmanın maliyyə sabitliyinə təsiri ümumilikdə müsbətdir:

"Bu, beynəlxalq sferada, qlobal bazarlarda yaranan dalğalanmalar, valyuta kurslarının dəyişməsi baş verdikdə iqtisadiyyatın bundan təsirlənməsinin az olması deməkdir. Mərkəzi Bank da monetar siyasəti daha uğurlu həyata keçirmə imkanı əldə edir. Ölkənin xarici valyutadan asılılığı da azalmış olur".

O bildirib ki, gələcəkdə neft gəlirləri dəyişərsə, vəziyyət də dəyişə bilər:

"Gələcəkdə proseslərin necə davam etməsi ölkəyə daxil olacaq valyutanın həcmindən asılı olacaq. Dolayısı ilə bu göstərici ölkəyə daxil olan neft gəlirlərindən birbaşa asılıdır. Neft gəlirlərinə isə iki amil - ixrac edilən neftin həcmi və dünya bazarındakı qiymət təsir edir. Əgər gözlənildiyi kimi ixrac edilən neftin həcmi gələcəkdə də azalmağa doğru getsə, bu, gəlirlərin azalmasına səbəb olacaq. Digər tərəfdən, həcmdən asılı olmayaraq hazırkı tendensiya, yəni neft qiymətlərinin ucuzlaşması davam edərsə, bu da ölkəyə daxil olan valyutanın həcminin azalmasına gətirib çıxara bilər. Belə olduğu halda, bazarın gözləntilərinə uyğun olaraq, dollara olan tələbatın artımını müşahidə edə bilərik. Bu tələbin böyüklüyü dollarlaşma meyilini artıra bilər".

A.İsmayılovun sözlərinə görə, dedollarlaşma banklar üçün müsbət olsa da, tələbin dəyişməsi fonunda onların çətin vəziyyətdə qalma ehtimalı da var:

"Dedollarlaşma həm də bankların xarici valyuta ehtiyatlarına təsir edir. Çünki iqtisadi marağa görə dollarla olan əmanətlər azaldıqda, bu, bankların xarici valyuta ehtiyatlarında azalmaya gətirib çıxara bilər. Neftin dünya bazar qiymətinin dəyişməsi riski ilə üz-üzə qaldıqda, bu hal dollara olan tələbi artıracaq. Dollara tələb artdıqda isə bankların hazırkı xarici valyuta ehtiyatlarının azalması öz mənfi təsirini göstərəcək. Bütün bu deyilənlərə baxmayaraq, əgər qlobal və lokal bazarda vəziyyət stabil davam edərsə, bu halda dedollarlaşmanın iqtisadiyyat üçün müsbət bir hal olduğunu demək olar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə evdən meyit TAPILDI

Gəncədə evdən meyit TAPILDI

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olundu -VİDEO

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olundu -VİDEO

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Öz saçı olmadığını etiraf etdi - FOTO

Öz saçı olmadığını etiraf etdi - FOTO

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Xameneinin son vəziyyəti necədir? - Əraqçidən AÇIQLAMA

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

Neftçalada 38 yaşlı qadın dəm qazından boğularaq öldü

End of content

No more pages to load

RADİO