Qarabağın sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkının ilk rezidentlərinə qeydiyyat şəhadətnamələri verilib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
““Dadaş-N” MMC iki hektar ərazidə xalça fabriki inşa edəcək, “Veliev” MMC isə dəmir-beton məmulatlarının istehsalı ilə məşğul olacaq. Ümumi investisiya dəyəri 12 mln. manat olan layihələrin reallaşması nəticəsində 140 nəfər daimi işlə təmin ediləcək”, - deyə nazir bildirib.
Bizim.Media