Vüqar Bayramov: "Laçın rayonuna işğal vaxtı 8 milyard dollardan çox ziyan dəyib"

"Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın rayonu Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Azərbaycana təhvil verildi. 28 illik Ermənistan işğalı nəticəsində Laçın rayonuna səkkiz milyard dollardan çox ziyan dəyib. Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, 30 illik Ermənistan işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimiz Azərbaycan Prezidentinin rəhbərliyi ilə yenidən qurulur və inkişaf edir:

Vüqar Bayramov: 28 illik Ermənistan işğalı nəticəsində Laçın rayonuna səkkiz milyard dollardan çox ziyan dəyib
 

"Zəfərdən keçən qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda intensiv məskunlaşmaya start verildi. Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması planlaşdırılır.


Bərpa və quruculuq mərhələsinə qədəm qoyan Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənaye üzrə istehsalın təşkili mümkündür. 

Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan üç civə, ehtiyatları 4.457 mln ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, mişardaşı istehsalına yararlı iki tuf, iki əlvan bəzəkdaşı, vulkan külü və digər təbii sərvətləri var. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu.

Çoxsaylı təbii ehtiyatları ilə yanaşı, Laçın, həmçinin böyük aqrar və turizm potensialına malikdir.

Bu isə o deməkdir ki, tezliklə Laçın nəinki Şərqi Zəngəzurda, bütövlükdə ölkəmizdə iqtisadi gücünə görə seçilən rayonlarımızdan olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək

"Tottenhem"də ciddi itkilər var

"Tottenhem"də ciddi itkilər var

Gəncədə evdən meyit TAPILDI

Gəncədə evdən meyit TAPILDI

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olundu -VİDEO

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olundu -VİDEO

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Öz saçı olmadığını etiraf etdi - FOTO

Öz saçı olmadığını etiraf etdi - FOTO

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

End of content

No more pages to load

RADİO