Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ

Növbəti il üzrə cəmiyyəti maraqlandıran əsas məsələlərdən biri də daşınmaz əmlak bazarındakı qiymətlərdir. Son illərin statistikası qiymətlərdə davamlı artımın olduğunu göstərir.

Xüsusilə də paytaxt Bakıda daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası güclənməkdə davam edir. Oktyabr ayında şəhərin bütün rayonlarında qiymətlər sentyabrla müqayisədə yüksəlib və bu artım həm mənzil və fərdi yaşayış evləri, həm torpaq sahələri, həm də qeyri-yaşayış obyektləri üzrə müşahidə olunub. 

Aəzrbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, oktyabr ayında torpaq sahələrinin qiyməti 3,4 %, qeyri-yaşayış obyektlərinin qiyməti isə 2 % artıb. Yeni tikili mənzillərdə ümumi artım 1,9 % təşkil edib. 2000-ci illərin əvvəllərində tikilmiş binalarda qiymətlər 1,5 %, ən yeni tikililərdə isə 2,3 % yüksəlib. Köhnə tikililərdə artım 0,7 %, fərdi yaşayış evlərində 1,1 %, təməl mərhələsində (kotlovan) olan layihələrdə isə 3 % olub.

Bəs qiymət artımı 2026-cı ildə də davam edəcək?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bizim.Media-ya bildirib ki, növbəti il üçün daşınmaz əmlak bazarında baş verəcək proseslərlə bağlı indidən konkret və dəqiq fikir söyləmək mümkün deyil:
 

“Əvvəla ona görə ki, Azərbaycanın fond bazarında bazar indiqatorları olmadığına görə bir neçə ay sonra baş verə biləcək tendensiyaları qabaqcadan müəyyən etmək mümkün olmur. Digər tərəfdən, Azərbaycan bazarı makroiqtisadi təsirlərdən daha çox inzibati təsirlərə bağlıdır.


Növbəti ilin büdcə xərclərinə baxanda infrastruktur layihələrinə ayrılan vəsaitlərdə nisbi artım var. Bu mənada hökumətin növbəti ildə bu istiqamətdə həyata keçirəcəyi strategiyadan çox şey asılıdır. Əgər şəhərsalmaya ayrılan vəsaitin həcmi artacaqsa, bu təbii ki, bazara pul axınına müsbət təsir göstərəcək. Bu da qiymət artımına gətirib çıxaracaq.

Bu qiymət artımının hansı marjada, hansı rəqəmlər arasında dəyişəcəyini indidən demək mümkün deyil.

Lakin hazırki tendensiyaları əsas götürüb deyə bilərik ki, növbəti ildə daşınmaz əmlak bazarında qiymətlərin enməsi mümkünsüzdür. Qiymətlər artıma daha çox meyillidir.

Onu da qeyd edək ki, qlobal bazarda baş verə biləcək hər hansı bir hadisə də bizim daxili bazara bu və digər şəkildə təsir edə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək

"Tottenhem"də ciddi itkilər var

"Tottenhem"də ciddi itkilər var

Gəncədə evdən meyit TAPILDI

Gəncədə evdən meyit TAPILDI

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olundu -VİDEO

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olundu -VİDEO

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Öz saçı olmadığını etiraf etdi - FOTO

Öz saçı olmadığını etiraf etdi - FOTO

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

End of content

No more pages to load

RADİO