Kreditlə avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkənin bank sektorunda kreditlərə tətbiq olunan faiz dərəcələrində son dövrlərdə dəyişikliklər olub.

Ən böyük dəyişiklik isə avtomobil kreditlərinin faizlərindədir. Belə ki, avtomobil kreditlərinin faiz dərəcəsi isə 2024-cü ilin sonunda 10% idisə, iyunda 12%, sentyabrda isə 13%-ə yüksəlib.

Faizlərin bu qədər artmasının səbəbi nədir?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son bir ildə avtomobil kreditlərinin 3-4 faiz bahalaşmasının bir neçə əsas səbəbi var:
 

“İlk olaraq bankların pul cəlbetmə xərcləri artıb. Yəni banklar əmanətçilərə daha yüksək faiz ödəyir və ya maliyyə bazarlarından daha baha vəsait cəlb edirlər. Bu artan xərc avtomatik olaraq kredit faizlərinə də siraət edir. Hələ avtomobil kreditləri ən az bahalaşan kredit seqmentidir.


Digər səbəb risklərin çoxalmasıdır. Avtomobil kreditləri banklar üçün riskli sayılır, çünki maşınlar sürətlə dəyər itirir və problemli kreditlərin artması bankları daha ehtiyatlı olmağa məcbur edir. Risk yüksəldikcə banklar onu kompensasiya etmək üçün faizləri artırır.

Avtomobillərin özlərinin bahalaşması da kredit faizlərinə təsir edir.

Maşınlar son vaxtlar ciddi şəkildə qiymət artımı göstərdiyinə görə kredit məbləğləri böyüyüb. Kredit məbləği nə qədər böyükdürsə, bank üçün risk də o qədər çox olur və bu da faizlərin yüksəlməsinə gətirib çıxarır.
 

Bundan başqa, idxal olunan avtomobillərin, ehtiyat hissələrinin və logistika xərclərinin bahalaşması ümumi avtomobil bazarında bahalaşmaya səbəb olub. İnflyasiyanın yüksəlməsi də öz rolunu oynayır. Bankların əməliyyat xərcləri artır, pulun dəyəri azalır və uzunmüddətli kreditlər daha riskli hesab olunur.


Nəticədə həm bank xərclərinin artması, həm risklərin yüksəlməsi, həm də avtomobil qiymətlərinin bahalaşması birlikdə avtomobil kreditlərinin faizlərini yuxarı qaldırıb. Yəqin ki, bu son hədd deyil. Faizlər yenidən qalxacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək

"Tottenhem"də ciddi itkilər var

"Tottenhem"də ciddi itkilər var

Gəncədə evdən meyit TAPILDI

Gəncədə evdən meyit TAPILDI

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olundu -VİDEO

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olundu -VİDEO

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Hakan Fidan: “İsrail regionu yeni bir qeyri-sabitliyə sürükləyir”

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

Çia, kətan toxumu və s…. - Orqanimz üçün faydaları, kimlərə olmaz

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

“Araz Naxçıvan” Sumqayıtda OYNAYACAQ

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Danışıb, özünü biabır etməkdənsə, gül kimi oxu otur” - FOTO

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

“Fənərbağça” Tedeskonu istefaya göndərir?

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Ukraynada sərnişin qatarına dron zərbəsi endirildi - VİDEO

Öz saçı olmadığını etiraf etdi - FOTO

Öz saçı olmadığını etiraf etdi - FOTO

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Hakan Fidan: “İran Türkiyə ərazisinə raket hücumlarında iştirakını inkar edir” - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

Bağlı qapı arxasında qalan azyaşlılar belə XİLAS EDİLDİ - VİDEO

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” — Əraqçi

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

End of content

No more pages to load

RADİO