ABŞ-ın dövlət borcu ilk dəfə 30 trilyon dolları ötüb.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin çərşənbə axşamı açıqladığı rəqəmlər göstərir.
Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə “ümumi dövlət borcu” sütununda 30,012 trilyon dollar məbləğində vəsait göstərilir.
Bu, ABŞ-ın dövlət borcu üçün mövcud olduğu bütün dövr üçün rekord göstəricidir.
Bizim.Media