Ağdam Sənaye Parkında ilk rezidentlər qeydiyyata alınıb.
Bizim.Media xəbər verir ki, şirkətlərdən biri müxtəlif çeşidli sintetik xalçaların istehsalı ilə məşğul olacaq.
Layihə çərçivəsində il ərzində 1,08 milyon m2 xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Digər yeni rezident prefabrik dəmir-beton məmulatları istehsalı ilə məşğul olacaq.
Bu layihə çərçivəsində isə il ərzində 200 min m2 dəmir beton məmulatlarının istehsalı və 80 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində bununla bağlı keçirilən tədbirdə sahibkarlara sənaye parklarının rezidentinin qeydiyyat şəhadətnamələri verilib.
Bizim.Media