Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Bu ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayına nisbətən 105,9 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 108,2 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.

Bu barədə Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, 2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib.

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal və qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, kartofun, şokolad məmulatlarının, qara və yaşıl çayın, ucuzlaşma isə limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, üzümün, kivinin, qozun, şabalıdın, göyərtinin, balqabağın, sarımsağın, soğanın qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin oktyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib.
 

Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə yuyucu və təmizləyici vasitələrin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


2025-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib.

Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin kirayəyə verilməsi, metro, taksi, şəhər və şəhərətrafı avtobus nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası KEÇİRİLDİ – FOTO

Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası KEÇİRİLDİ – FOTO

Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ! - Bu tarixdən güzəşt olmayacaq – RƏSMİ

Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ! - Bu tarixdən güzəşt olmayacaq – RƏSMİ

Dekabrda neçə gün iş olmayacaq?

Dekabrda neçə gün iş olmayacaq?

Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO

Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO

Mətanət İsgəndərli əməliyyatla belə dəyişdi – FOTO

Mətanət İsgəndərli əməliyyatla belə dəyişdi – FOTO

İstilik mövsümünə START VERİLİR – Hansı hazırlıq işləri görülüb?

İstilik mövsümünə START VERİLİR – Hansı hazırlıq işləri görülüb?

Bu şəxslər daha yüksək maaş ALIR

Bu şəxslər daha yüksək maaş ALIR

Xırdalan–Sumqayıt qatarının fəaliyyətinin bərpa olunacağı vaxt BİLİNDİ

Xırdalan–Sumqayıt qatarının fəaliyyətinin bərpa olunacağı vaxt BİLİNDİ

Leyla Əliyeva Mingəçevirdə avarçəkmə bazasında idmançılarla görüşdü – FOTO

Leyla Əliyeva Mingəçevirdə avarçəkmə bazasında idmançılarla görüşdü – FOTO

“Ən çox evlilik təklifi mesajı alıram”

“Ən çox evlilik təklifi mesajı alıram”

Azər Bağırov Fofananı “Kəpəz”dən göndərmək İSTƏYİR

Azər Bağırov Fofananı “Kəpəz”dən göndərmək İSTƏYİR

Xankəndidə mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR

Xankəndidə mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanda illik inflyasiya AÇIQLANDI

Azərbaycanda illik inflyasiya AÇIQLANDI

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakının bu rayonlarında mənzillər kəskin BAHALAŞDI – FOTO

Bakının bu rayonlarında mənzillər kəskin BAHALAŞDI – FOTO

Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO

Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO

İranda su qıtlığı TƏHLÜKƏLİ HƏDDƏ çatdı – 10 milyon insan ölüm riski ilə ÜZ-ÜZƏ

İranda su qıtlığı TƏHLÜKƏLİ HƏDDƏ çatdı – 10 milyon insan ölüm riski ilə ÜZ-ÜZƏ

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

“Yeni Klinika”da ana doğuş zamanı dünyasını dəyişdi

“Yeni Klinika”da ana doğuş zamanı dünyasını dəyişdi

Yeni baş nazir təyin ediləcək - Qərar gözlənilir

Yeni baş nazir təyin ediləcək - Qərar gözlənilir

Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salındı – FOTO

Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salındı – FOTO

Rusiya Kiyevi “İsgəndər”lə VURDU – Qəlpələr Azərbaycan səfirliyinə düşdü - FOTO/VİDEO

Rusiya Kiyevi “İsgəndər”lə VURDU – Qəlpələr Azərbaycan səfirliyinə düşdü - FOTO/VİDEO

Sabirabadda qadın güllələnərək ÖLDÜRÜLDÜ - Qardaşı tutuldu

Sabirabadda qadın güllələnərək ÖLDÜRÜLDÜ - Qardaşı tutuldu

Bakıda satılan dana əti basdırmasında at DNT-si aşkarlandı – FOTO

Bakıda satılan dana əti basdırmasında at DNT-si aşkarlandı – FOTO

End of content

No more pages to load

RADİO