Ötən il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, 2021-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub - 208 milyon ABŞ dolları.
Bu siyahıda qızıl ikinci - 202,5 milyon ABŞ dolları, pomidor isə üçüncü yerdə qərarlaşıb - 160,2 milyon ABŞ dolları.
Qeyd edək ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2022-ci ilin yanvar sayının təqdimatı mərasimində məlumat verilib.
Bizim.Media