Hesablama Palatası: “2026-cı ilin büdcəsində təkmilləşmələr zəruridir”

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun müəyyən etdiyi tələblərə uyğun tərtib edilib.

Hesablama Palatası tərəfindən “Büdcə sistemi haqqında” qanunun 16.1-ci maddəsinə əsasən qanun layihəsinə daxil edilmiş göstəricilərin maddələr üzrə təhlili aparılıb. Qanun layihəsinin bəzi maddələri üzrə təkmilləşmələrin aparılmalı olduğu qənaətinə gəlinib".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisdə bir neçə komitənin birgə iclasında "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov deyib.
 

Sədr müavini bildirib ki, “Büdcə sistemi haqqında” qanunun növbəti ilin büdcəsi haqqında qanun layihəsi ilə bağlı tələblərinə dəyişiklik edilən zaman Hesablama Palatasının tövsiyələri nəzərə alınıb:


"2026-cı ilin baza ssenaridə olan proqnozlarında ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul inflyasiya, cari əməliyyatlar balansında profisit və sabit məzənnə ilə xarakterizə olunacağı gözlənilir.

2026-cı il üçün hazırlanmış “Büdcə zərfi”ndə müxtəlif amillərin təsiri nəticəsində büdcə parametrlərinin proqnoz göstəricilərindən kənarlaşa biləcəyi vurğulanmış və bu risklərin idarə olunması məqsədilə müvafiq mitiqasiya tədbirlərinə dair izahlar verilib.
 

Sənəddə xarici iqtisadi mühit və ticarət tarifləri, xam neftin qiymətlərində dalğalanmalar və hasilat, dövlət borcu və dövlət zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunması, dayanıqlı pensiya təminatı sisteminin formalaşması ilə bağlı çağırışlar, həmçinin iqlim dəyişiklikləri fiskal risklər kimi göstərilib. Əksər risklər üzrə yumşaldıcı və mitiqasiya tədbirləri müəyyənləşdirilib, bəzi hallarda risklərin maliyyə tutumu da qiymətləndirilib.


Hesablama Palatası olaraq, bu risklərlə yanaşı, icmal büdcə, o cümlədən dövlət büdcəsi üçün digər risklərin də aktual olduğunu düşünürük. Müvafiq risklər rəydə şərh edilib.

Növbəti il üçün dövlət büdcəsi gəlirlərinin cari illə müqayisədə artacağı proqnozlaşdırılmış, qanun layihəsinə əsasən, gəlir mənbələrindən 12-si üzrə artım, 7-si üzrə azalma nəzərdə tutulmuş, 1 mənbənin həcmi dəyişməz saxlanmış və 1 mənbə üzrə proqnoz nəzərdə tutulmayıb".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan klubu Çempionlar Liqaısında növbəti oyununu keçirəcək

Azərbaycan klubu Çempionlar Liqaısında növbəti oyununu keçirəcək

Xalq artisti Bilal Əliyev: “100 il yaşamaq üçün pulum var” – VİDEO

Xalq artisti Bilal Əliyev: “100 il yaşamaq üçün pulum var” – VİDEO

Azərbaycanlı məşqçi İsveç klubu ilə anlaşdı - FOTO

Azərbaycanlı məşqçi İsveç klubu ilə anlaşdı - FOTO

Bu hərbçilərə leytenant hərbi rütbəsi veriləcək

Bu hərbçilərə leytenant hərbi rütbəsi veriləcək

Rusiyanın süni intellektə malik robotu təqdimat zamanı yıxılaraq rüsvay oldu – ANBAAN VİDEO

Rusiyanın süni intellektə malik robotu təqdimat zamanı yıxılaraq rüsvay oldu – ANBAAN VİDEO

Bu gün vəzifəyə təyin olunan icra başçılarının DOSYELƏRİ

Bu gün vəzifəyə təyin olunan icra başçılarının DOSYELƏRİ

Bəturə mərhum gitara ifaçısı ilə adının hallanmasından DANIŞIB QƏZƏBLƏNDİ - VİDEO

Bəturə mərhum gitara ifaçısı ilə adının hallanmasından DANIŞIB QƏZƏBLƏNDİ - VİDEO

Qadın voleybol millimiz İslamiadada FİNALA YÜKSƏLDİ

Qadın voleybol millimiz İslamiadada FİNALA YÜKSƏLDİ

Bu şəxslərin həqiqi hərbi xidmət müddəti 6 ay AZALDILIR

Bu şəxslərin həqiqi hərbi xidmət müddəti 6 ay AZALDILIR

“QHT işi” üzrə həbs edilən şəxs 50 min manatı leqallaşdırıb?

“QHT işi” üzrə həbs edilən şəxs 50 min manatı leqallaşdırıb?

Türkiyə təyyarəsinin qəzaya uğramasına dair ƏSAS EHTİMALLAR

Türkiyə təyyarəsinin qəzaya uğramasına dair ƏSAS EHTİMALLAR

Ağstafa və Qazaxda qaz kəsiləcək – BU TARİXDƏ

Ağstafa və Qazaxda qaz kəsiləcək – BU TARİXDƏ

“Tələbim odur ki, iş adamlarına şərait yaratsınlar” - İlham Əliyev

“Tələbim odur ki, iş adamlarına şərait yaratsınlar” - İlham Əliyev

Ağırlıqqaldıranımız İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı

Ağırlıqqaldıranımız İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı

İlham Əliyev: "Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz məmurların göstərişləri olub"

İlham Əliyev: "Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz məmurların göstərişləri olub"

Prezident: "Bəzi məmurlar ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər"

Prezident: "Bəzi məmurlar ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər"

Prezident: “Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər”

Prezident: “Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər”

"UĞUR 777" estetik mərkəzdə saxta kosmetoloqlar işləyirmiş - Cinayət işi BAŞLANDI

"UĞUR 777" estetik mərkəzdə saxta kosmetoloqlar işləyirmiş - Cinayət işi BAŞLANDI

Zərdabda qaz olmayacaq

Zərdabda qaz olmayacaq

İlham Əliyev: “Əyri yola gedən hər bir dövlət məmuru qanun qarşısında cavab verməli olur”

İlham Əliyev: “Əyri yola gedən hər bir dövlət məmuru qanun qarşısında cavab verməli olur”

İlham Əliyev: “Bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb”

İlham Əliyev: “Bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb”

Yeni təyin olunan icra başçıları Prezidentin QƏBULUNDA - FOTO/VİDEO

Yeni təyin olunan icra başçıları Prezidentin QƏBULUNDA - FOTO/VİDEO

Azər Həşimov istefaya göndərilir? – KLUBDAN AÇIQLAMA

Azər Həşimov istefaya göndərilir? – KLUBDAN AÇIQLAMA

Kənar Dairəvi yolda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

Kənar Dairəvi yolda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

End of content

No more pages to load

RADİO