Sahil Babayev: “Ciddi vergi artımından danışmaq olmaz”

“2026-cı ildə dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i qeyri-neft gəlirləri hesabına formalaşacaq. Bəzən bu artımı müxtəlif istiqamətə yönəldərək vergilərin artırılması ilə bağlamağa çalışırlar. Bu düzgün yanaşma deyil”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, bu məsələlərdə verginin ÜDM-də payına baxılır. 
 

“Artımın birinci mənbəyi qeyri-neft ÜDM-in özünün artmasıdır. Gələn il qeyri-neft ÜDM-də nominal olaraq təqribən 10%, real olaraq 5% artım proqnozlaşdırılır. Vergi isə nominal rəqəmlərdən tutulur. Birinci növbədə ÜDM-in özü artdığına görə gəlirlər artır. Cari ildə qeyri-neft vergilərinin ÜDM-ə nisbəti 12.9 faizdirsə, gələn il bu göstərici 13.1 faiz olacaq. Cəmi 0.2 artım artımdır, ona görə ciddi vergi artımından danışmaq olmaz. Bu, yanlış bir yanaşmadı”.


S.Babayev vergi paketində müxtəlif güzəştlərin olduğunu deyib:

“Vergi paketində onlarla güzətlər var. Ən çox müzakirə olunan məsələ isə muzldu gəlirə olan gəlir vergisi məsələsidir. Bu barədə son günlər dəfələrlə mövqeyimiz açıqlanıb. Əmək bazarının mütləq əksəriyyətini təşkil edən, yəni 2500 manata qədər gəlir əldə edənlər üçün gəlir vergisi 3 % olacaq. Bunun özü çox böyük güzəştdir. Əgər bu güzəşti hökumət irəli sürməsəydi, 2026-cı ilin yanvarından həmin gəlirlərə 14% vergi tətbiq ediləcəkdi. Yəni iqtisadiyyat üzərində vergi yükünün artdığını düşünmürük”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Roma Papasından ÇAĞIRIŞ: “Atəşi dayandırın!”

Roma Papasından ÇAĞIRIŞ: “Atəşi dayandırın!”

Ağcabədi qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədi qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

20 yaşlı futbolçu vəfat etdi

20 yaşlı futbolçu vəfat etdi

"İrana qarşı müharibəni davam etdirmək niyyətindəyik"

"İrana qarşı müharibəni davam etdirmək niyyətindəyik"

Yevlaxda qərb derbisində qollu HEÇ-HEÇƏ - VİDEO

Yevlaxda qərb derbisində qollu HEÇ-HEÇƏ - VİDEO

Buşehrlə bağlı Rusiyadan İsrailə XƏBƏRDARLIQ

Buşehrlə bağlı Rusiyadan İsrailə XƏBƏRDARLIQ

İsveçrənin İrandakı səfirliyinin daha 3 əməkdaşı Azərbaycana GƏLDİ - FOTO

İsveçrənin İrandakı səfirliyinin daha 3 əməkdaşı Azərbaycana GƏLDİ - FOTO

Türkiyə və Azərbaycanın diplomatları Suriyada nəyi müzakirə etdilər? - FOTO

Türkiyə və Azərbaycanın diplomatları Suriyada nəyi müzakirə etdilər? - FOTO

2 soydaşımız Gürcüstan çempionu oldu - FOTO

2 soydaşımız Gürcüstan çempionu oldu - FOTO

Messi oynamadı, “İnter Mayami” xal itirdi - VİDEO

Messi oynamadı, “İnter Mayami” xal itirdi - VİDEO

Xaçmaz-Quba yolunda qəza: Böyük tıxac yarandı - FOTO

Xaçmaz-Quba yolunda qəza: Böyük tıxac yarandı - FOTO

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?

Səudiyyə Ərəbistanı bu gecə 27 PUA və 6 ballistik raket zərərsizləşdib

Səudiyyə Ərəbistanı bu gecə 27 PUA və 6 ballistik raket zərərsizləşdib

Azad olunan ərazilərdə buraxılış imtahanı keçirildi

Azad olunan ərazilərdə buraxılış imtahanı keçirildi

Ukrayna dron istehsalı ilə bağlı ABŞ-a nəyi təklif edib?

Ukrayna dron istehsalı ilə bağlı ABŞ-a nəyi təklif edib?

Tanınmış müğənni həbs edilib?

Tanınmış müğənni həbs edilib?

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda gümüş medal QAZANDI

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda gümüş medal QAZANDI

Zelenski deputatları cəbhəyə göndərməklə hədələdi

Zelenski deputatları cəbhəyə göndərməklə hədələdi

“Fənərbağça” bu futbolçu üçün danışıqlara başladı

“Fənərbağça” bu futbolçu üçün danışıqlara başladı

İrandan Azərbaycana növbəti təxliyə: Daha 6 nəfər sərhədi keçdi

İrandan Azərbaycana növbəti təxliyə: Daha 6 nəfər sərhədi keçdi

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

Əraqçi: “Hörmüz boğazı bu ölkələrdən başqa hər kəsə açıqdır”

Əraqçi: “Hörmüz boğazı bu ölkələrdən başqa hər kəsə açıqdır”

Bu qadın indiyədək SSRİ pasportu ilə yaşayırmış

Bu qadın indiyədək SSRİ pasportu ilə yaşayırmış

End of content

No more pages to load

RADİO