Bakıda Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli dəyirmi masası keçirildi - FOTO

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Ərəb Koordinasiya Qrupunun (ƏKQ) Yüksək Səviyyəli Dəyirmi Masası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli nümayəndə heyətini ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edib.

Azərbaycanın Qrupa daxil olan institutlarla səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu vurğulayıb.

Bildirilib ki, İslam İnkişaf Bankı (İİB) və OPEC Fondu ölkəmizdə dayanıqlı inkişaf, sosial rifahın artırılması və iqtisadi infrastrukturun gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsində iştirak edib, həmçinin Qrupa daxil olan digər üzv qurumların ölkəmizdə həyata keçirilən layihələrə qoşularaq Azərbaycanın sosial-iqtisadi tərəqqisinə töhfələr veriblər.
 

İqtisadiyyat naziri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verərək, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və əldə edilən nəticələr barədə məlumat verib.


Həmçinin, işğaldan azad edilmiş ərazilərin bərpası və bu ərazilərin iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, sahibkarlıq fəaliyyətinin təşviqi üçün tətbiq edilən güzəşt və stimullar, Qarabağ və Şərqi Zəngəzurun geniş iqtisadi potensialı qonaqların diqqətinə çatdırılıb.

İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycan və ƏKQ arasında möhkəm tərəfdaşlığı qeyd edib. Əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Dəyirmi masanın qarşılıqlı fəaliyyətin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Bankın Azərbaycanla güclü infrastrukturun qurulması, istehsal potensialının reallaşdırılması, rəqəmsal transformasiya və digər istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə perspektiv layihələrdə iştirakda maraqlı olduğu qeyd edilib.

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə Fondun Azərbaycanla əlaqələrinin möhkəm etimada əsaslandığını vurğulayıb.

Enerji, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı sahələrində işbirliyi qeyd edilib. Fondun infrastrukturun inkişafı, ətraf mühitin qorunması, ərzaq təhlükəsizliyi və digər prioritet sahələrdə tərəfdaşlığa önəm verdiyi diqqətə çatdırılıb. Qurumun Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinə önəm verdiyi bildirilib.

Tədbirdə çıxış edən Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi bildirib ki, son illər Azərbaycan və Birləmiş Ərəb Əmirlikləri arasında güclü iqtisadi tərəfdaşlıq münasibətləri formalaşıb və birgə layihələrin həyata keçirilməsi bu əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
 

Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad Azərbaycanla dostluq və etimada əsaslanan tərəfdaşlığın mövcud olduğunu qeyd edib. Bugünkü görüşdən sonra qarşılıqlı münasibətlərdə ölkəmizin milli inkişaf hədəflərinə uyğun yeni mərhələnin başlanacağına və əməkdaşlığın daha sıx şəkildə inkişaf edəcəyinə inandığını vurğulayıb.


Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun icraçı direktoru vəzifəsini icra edən Valid Əl-Bahar Fondun əsas missiyasının üzv ölkələrin və tərəfdaş dövlətlərin iqtisadi və sosial inkişafına dəstək vermək olduğunu bildirib.

Qeyd edilib ki, Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan ölkəmiz zəngin təbii sərvətlərə, məhsuldar torpaqlara və yüksək ixtisaslı insan resurslarına malikdir. Azərbaycanla iqtisadi şaxələndirmə, sosial-inkişafın təmin edilməsi, eləcə də texniki yardım istiqamətində əməkdaşlığın genişlədirilməsi üçün böyük potensial mövcuddur.

Dəyirmi masa çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dayanıqlı inkişaf, şəhərsalma, su ehtiyatlarının idarə edilməsində səmərəliliyin artırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi ilə bağlı layihələr barədə məlumat verilblər. Dəyirmi masa çərçivəsində perspektiv layihələrlə bağlı təqdimatlar nümayiş etdirilib.

Dəyirmi masa çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında Niyyət Bəyannaməsi” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir, OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun icraçı direktoru Valid Əl-Bahar imzalayıblar.

Niyyət Bəyannaməsinə əsasən tərəflər “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədinə uyğun olaraq Azərbaycan Respublikasında infrastruktur layihələrinə Ərəb Koordinasiya Qrupunun üzv qurumları tərəfindən güzəştli maliyyələşmə imkanlarının cəlb olunması istiqamətində əməkdaşlığın genişləndirilməsi niyyətlərini ifadə ediblər. Sənəd həmçinin, məlumat və təcrübə mübadiləsinə əsaslanan əməkdaşlığın təşviqini nəzərdə tutur.
 

Daha sonra “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Əbu-Dabi İnkişaf Fondu arasında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi imzalayıblar.


İmzalanmış sənədlər Azərbaycanın Ərəb Koordinasiya Qrupu ilə tərəfdaşlığını yeni mərhələyə yüksəldərək birgə fəaliyyətin səmərəliliyinin artırılması, işgüzar platformaların və investisiyaların təşviqi üçün yeni mexanizmlərin yaradılmasını əhatə edir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölüm xəbəri yayılan şairdan AÇIQLAMA - FOTO

Ölüm xəbəri yayılan şairdan AÇIQLAMA - FOTO

“Milan”ın hücumçusu üçün il BAŞA ÇATDI

“Milan”ın hücumçusu üçün il BAŞA ÇATDI

"Mərasim olsaydı, etiraf edərdik" - 16 yaşında nişanı olan qızın əmisi danışdı - VİDEO

"Mərasim olsaydı, etiraf edərdik" - 16 yaşında nişanı olan qızın əmisi danışdı - VİDEO

Nərgiz Əsgərova beynəlxalq mükafatın finalçısı SEÇİLDİ

Nərgiz Əsgərova beynəlxalq mükafatın finalçısı SEÇİLDİ

Xaçmazda Qırmızı kitaba daxil edilmiş quş AŞKARLANDI

Xaçmazda Qırmızı kitaba daxil edilmiş quş AŞKARLANDI

“Qarabağ” - “Çelsi” oyununun START HEYƏTLƏRİ

“Qarabağ” - “Çelsi” oyununun START HEYƏTLƏRİ

Putin nüvə sınaqlarına hazırlıqla bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Putin nüvə sınaqlarına hazırlıqla bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Birinci Liqa: “Şəfa” Mingəçevirdə qələbə QAZANDI

Birinci Liqa: “Şəfa” Mingəçevirdə qələbə QAZANDI

Qusarda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi - FOTO

Qusarda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi - FOTO

Anasının sözləri Zümrüdü kövrəltdi - VİDEO

Anasının sözləri Zümrüdü kövrəltdi - VİDEO

İçərişəhərdə YENİ QADAĞA – Bu şəxslərin fəaliyyətinə İCAZƏ VERİLMƏYƏCƏK

İçərişəhərdə YENİ QADAĞA – Bu şəxslərin fəaliyyətinə İCAZƏ VERİLMƏYƏCƏK

Ağ şəhərdə ictimai asayişi pozanlar məsuliyyətə cəlb edildilər - VİDEO

Ağ şəhərdə ictimai asayişi pozanlar məsuliyyətə cəlb edildilər - VİDEO

Pakistanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ

Pakistanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ

"Sabah"ın U-19 komandası “Nant”a UDUZDU

"Sabah"ın U-19 komandası “Nant”a UDUZDU

Bürclərin ən çox sevdiyi romantik istirahət YERLƏRİ

Bürclərin ən çox sevdiyi romantik istirahət YERLƏRİ

Bakıda Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli dəyirmi masası keçirildi - FOTO

Bakıda Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli dəyirmi masası keçirildi - FOTO

Leyla və Arzu Əliyevalar "ADA Primary School" məktəbində olublar - FOTO

Leyla və Arzu Əliyevalar "ADA Primary School" məktəbində olublar - FOTO

Gəncədə 68 yaşlı qadını maşın VURDU

Gəncədə 68 yaşlı qadını maşın VURDU

Əməkdar artistdən TƏNQİDİ ÇIXIŞ: “Ora-burasını düzəltdirib, sponsor tapırlar” - VİDEO

Əməkdar artistdən TƏNQİDİ ÇIXIŞ: “Ora-burasını düzəltdirib, sponsor tapırlar” - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış YARMARKASINDA - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış YARMARKASINDA - FOTO

Bakının 20 küçə və prospektində TIXAC VAR

Bakının 20 küçə və prospektində TIXAC VAR

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanla sülh prosesi barədə MƏLUMATLANDIRDI - FOTO

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanla sülh prosesi barədə MƏLUMATLANDIRDI - FOTO

Belousov: “Tammiqyaslı nüvə sınaqlarına hazırlığa başlanılmalıdır” - VİDEO

Belousov: “Tammiqyaslı nüvə sınaqlarına hazırlığa başlanılmalıdır” - VİDEO

End of content

No more pages to load

RADİO