Cari ilin oktyabr ayında dünyada ən çox bahalaşan məhsul kobalt, ən çox ucuzlaşan məhsul isə portağal şirəsi olub.
Bizim.Media xəbər verir ki, bu informasiya "ICE Futures", "CME Group" və Şanxay Metal Birjasında yer alıb.
Məlumata görə, polad və elektrik batareyalarının istehsalında geniş istifadə olunan kobaltın qiyməti oktyabr ayında aylıq ifadədə 28.5% artıb. Digər metallardan palladium 15.8%, litium isə 9.5% bahalaşıb.
Oktyabr ayında dünyada ən çox ucuzlaşan məhsul isə 23.3% azalma ilə portağal şirəsi olub. Donuz ətinin (18%) və nadir metal olan neodimiumun (13.4%) qiymətləri də kəskin surətdə aşağı düşüb.
Bizim.Media