Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti oktyabrın 10-dan bəri ilk dəfə 4000 dollardan aşağı düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, qiymətli metalın fyuçersləri hazırda bu dairəvi səviyyə ətrafında ticarət olunur.
Nəşr yazır ki, ənənəvi “təhlükəsiz liman” aktivinə maraq bu həftə keçiriləcək Tramp və Si Cinpin görüşü ərəfəsində azalır.
Çin və ABŞ son bir ay ərzində qızılın qiymətini 4400 dollara qədər qaldıran ticarət gərginliyini yumşaltmağa yaxındır.
Bizim.Media