“Azərbaycan–Türkiyə birgə Universiteti”nin fəaliyyətinin növbəti ildə təmin edilməsi məqsədilə 6,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, 2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq universitetdə mühəndislik, tibb ixtisasları olmaqla 300 nəfər tələbənin təhsil alacağı proqnozlaşdırılır.
Günay Şahmar, Bizim.Media