Manatla bağlı vəziyyət kəskin dəyişdi – Dolların taleyi…

Azərbaycanın valyuta bazarında son aylarda maraqlı tendensiya müşahidə olunur. Əhali dollar almaqdan çox satmağa başlayıb. Bu, insanların manata olan inamının artdığını və dolların mövqeyinin nisbətən zəiflədiyini göstərir.

Bu tendensiya davam etsə, bazarda dolların qiymətində azalma mümkündürmü?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynovanın sözlərinə görə, insanlar dolları xırdalayıb yerli valyutaya çevirməyə üstünlük verirlər:

“Son dövrlərdə bəzi şəxslər qeyri-peşəkar proqnozlar verərək vətəndaşlar arasında əsassız ajiotaj yaradıb, onları dollar almağa təşviq edirdilər. İqtisadi və maliyyə savadı zəif olanlar isə belə panikaya asanlıqla qapılır və kütləvi şəkildə banklara axın edir, pullarını dollara çevirirdilər. Hətta nəticədə banklar dollar alışını şəxsiyyət vəsiqəsi ilə məhdudlaşdırmaq qərarına gəldilər və valyuta alan şəxslər barədə müəyyən qeydlər aparmağa başladılar. 

Lakin vətəndaşlar bilməlidirlər ki, hazırda dolların bahalaşması üçün real iqtisadi əsas yoxdur.

Devalvasiyanın olması üçün neft qiymətlərinin kəskin enməsi və ölkəyə daxil olan gəlirlərin azalması kimi amillər lazımdır. Halbuki indi durum tam əksinədir. Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı artıb, bu da ölkəyə daxil olan xarici valyutanın həcminin çoxalmasına səbəb olub. Neftin qiymətində ciddi azalma müşahidə edilmir, dövlət büdcəsində isə profisit (artıq gəlir) yaranıb. Belə şəraitdə dolların məzənnəsinin yüksəlməsi üçün heç bir iqtisadi zəmin yoxdur”.

İqtisadçının fikrincə, dollara tələbin azalmasının əsas səbəbi vətəndaşların maariflənməsidir:

“Artıq insanlar anlayırlar ki, dövlətin valyuta ehtiyatları kifayət qədərdir və bu, manatın sabitliyini qorumağa, devalvasiyanın qarşısını almağa imkan verir. Digər tərəfdən, son bir ildə qızılın qiyməti dünya bazarında rekord səviyyəyə çatıb. Buna görə də, sərbəst vəsaiti olan şəxslər investisiyalarını dollara deyil, daha gəlirli sayılan qızıla yönəldirlər. Oxşar vəziyyət daşınmaz əmlak bazarında da müşahidə olunur. Belə ki, son bir ildə bu sektorda da kəskin qiymət artımı baş verib və bir çox vətəndaş sərmayəsini həmin istiqamətə yönəldib. 

Dolların məzənnəsi sabit qalsa da, digər valyutalarda məsələn, avroda müəyyən dövrlərdə həm yüksəliş, həm də eniş müşahidə olunur. Bu da bazara təsir edən amillər sırasındadır. Yəni vətəndaşlar dollara əvvəlki kimi “etibarlı investisiya vasitəsi” kimi baxmırlar. Əvəzində beynəlxalq fond birjalarına çıxaraq kriptovalyutalara və ya digər maliyyə alətlərinə yatırım etməyi daha məqsədəuyğun hesab edirlər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

iPhone istifadəçilərinin NƏZƏRİNƏ: Təcili iOS-u yeniləyin

iPhone istifadəçilərinin NƏZƏRİNƏ: Təcili iOS-u yeniləyin

Pentaqon İran dronlarını bundan sonra belə MƏHV EDƏCƏK

Pentaqon İran dronlarını bundan sonra belə MƏHV EDƏCƏK

Bakıda bu evlər zəlzələyə tab gətirməyəcək - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Bakıda bu evlər zəlzələyə tab gətirməyəcək - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Zelenskidən Rusiya və İran vətəndaşlarına SANKSİYA

Zelenskidən Rusiya və İran vətəndaşlarına SANKSİYA

Haaland “Mançester Siti”dən ayrılmaq istəyir

Haaland “Mançester Siti”dən ayrılmaq istəyir

İranın zənginləşdirilmiş uranı GÖRÜN HARADADIR?

İranın zənginləşdirilmiş uranı GÖRÜN HARADADIR?

Qubada müəllimə dəm qazından həyatını itirdi

Qubada müəllimə dəm qazından həyatını itirdi

“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

Kərkicahan qəsəbə məktəbində fənn müsabiqəsi KEÇİRİLDİ - FOTO

Kərkicahan qəsəbə məktəbində fənn müsabiqəsi KEÇİRİLDİ - FOTO

Öldüyü deyilən Netanyahudan AÇIQLAMA- VİDEO

Öldüyü deyilən Netanyahudan AÇIQLAMA- VİDEO

Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Mahir Emreli qol vurdu, komandası qələbə qazandı - VİDEO

Mahir Emreli qol vurdu, komandası qələbə qazandı - VİDEO

İsraildən AÇIQLAMA - Əməliyyatlar bu tarixədək DAVAM EDƏCƏK

İsraildən AÇIQLAMA - Əməliyyatlar bu tarixədək DAVAM EDƏCƏK

“Fuad Poladovu görəndə əsirdim” - Nura

“Fuad Poladovu görəndə əsirdim” - Nura

Qazaxıstanda konstitusiya referendumu: Səsvermə başa çatdı - VİDEO

Qazaxıstanda konstitusiya referendumu: Səsvermə başa çatdı - VİDEO

Əfqanıstan Pakistanın hərbi bazasına zərbə endirdi - VİDEO

Əfqanıstan Pakistanın hərbi bazasına zərbə endirdi - VİDEO

Azərbaycanlı tələbə dünyanın nüfuzlu universitetlərinə QƏBUL OLDU

Azərbaycanlı tələbə dünyanın nüfuzlu universitetlərinə QƏBUL OLDU

Qusar qəzasında xəsarət alanların sayı AÇIQLANDI

Qusar qəzasında xəsarət alanların sayı AÇIQLANDI

İbrahim Tatlısəs qızını məhkəməyə verdi

İbrahim Tatlısəs qızını məhkəməyə verdi

Siyyarto: “Orban hakimiyyətdə qaldığı müddətdə Ukrayna Aİ-yə daxil olmayacaq”

Siyyarto: “Orban hakimiyyətdə qaldığı müddətdə Ukrayna Aİ-yə daxil olmayacaq”

Əsgərləri minadan qoruyan "ağıllı çəkmə" ilə bağlı SÜJET

Əsgərləri minadan qoruyan "ağıllı çəkmə" ilə bağlı SÜJET

Bu ərazidə qaz olmayacaq

Bu ərazidə qaz olmayacaq

End of content

No more pages to load

RADİO