Neft qiymətləri ilə bağlı MÜHÜM PROQNOZ – Büdcəyə yenidən baxıla BİLƏR?

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalmaqda davam edir. Belə ki, son hərraclarda Azərbaycan neftinin 1 barelinin qiyməti 0,34 ABŞ dolları və ya 0,54% azalaraq 61.83 ABŞ dolları təşkil edib.

Beynəlxalq proqnozlar

Bununla paralel qlobal investisiya bankı Goldman Sachs qlobal neft bazarında təklif çoxluğunun müşahidə olunmağa başladığını bildirib.
 

Goldman Sachs həm qlobal məlumatlara, həm də Beynəlxalq Enerji Agentliyi (IEA) və ABŞ-ın rəsmi ehtiyat rəqəmlərinə istinad edərək, neft bazarında uzun müddətdir gözlənilən təklif artığının artıq görünməyə başladığını qeyd edib.


Analitiklər bildirirlər ki, OECD-də neft ehtiyatları ilin əvvəlindən indiyə qədər gündəlik 340 min barel artıb və bu artım indiyə qədərki ümumi ehtiyatların dörddə birini təşkil edir. Həmçinin, ilin sonuna qədər bu payın üçdə bir səviyyəsinə çatacağı gözlənilir.

Goldman Sachs proqnozlaşdırır ki, Brent nefti 2026-cı ilin 4-cü rübündə barel başına 52 dollara qədər ucuzlaşacaq.

Ukraynanın enerji infrastrukturu ilə bağlı hücumları səbəbindən Rusiya istehsalına aşağı yönlü risklər mövcuddur. Rusiya neft istehsalındakı aşağı yönlü dəyişikliklər isə Goldman Sachs-ın proqnozları üzərində yuxarı yönlü risk yaradır.

Baxmayaraq ki, bazar görünüşü eniş meyillidir, yaxınlaşan ehtiyat artımlarının artıq qiymətlərdə əks olunması və dizel emalı marjlarındakı güclü performansın tələbi dəstəkləməsi səbəbindən qiymətlərin düşməsi yavaş ola bilər.

Bütün bunları nəzərə alsaq, neftin büdcə qiyməti dəyişə bilərmi?

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyir ki, bu ilki dövlət büdcəsində neftin qiymətinin dəyişməyəcəyi dəqiqdir:
 

“Çünki ilin sonuna cəmi 2 ay qalıb. 2026-cı ilin dövlət büdcəsində isə neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulur. Nəzərə alaq ki, növbəti ilin büdcəsi qəbul olunmayıb. Ola bilsin ki, yeni büdcənin müzakirələri zamanı neftin qiymətinə baxılsın. Əvvəlki illərdə biz bunu görmüşük ki, büdcə müzakirələri zamanı neftin qiymətinə yenidən baxılıb.


Ümumilikdə isə bu dəfəki müzakirələrdə belə bir halın baş verəcəyi inandırıcı gəlmir. Onsuz da, neftin qiymətinin 65 dollar götürülməsi büdcə gəlirlərində problemlər yaradıb. İndi bizim büdcənin gəlir hissəsi əvvəlki illərlə müqayisə də daha az artım tempinə malikdir”.

Müsahibimiz ehtimal edir ki, büdcədə neftin qiyməti 65 dollar səviyyəsində qala bilər:

“Amma 2026-cı ilin ortalarında büdcəyə yenidən baxılsın və bəzi parametrlər üzrə dəyişikliklər olsun. O cümlədən də neftin qiymətində... Təbii ki, daha yaxşı olardı ki, məsələyə daha konservativ yanaşılsın. Neftin qiyməti büdcədə 65 yox, 55 dollar götürülsün.

Buna uyğun da büdcə parametrləri müəyyən edilsin. Belə olsa lap yaxşı. Artıq qiymət dövlətin əlavə gəliridir.
 

Amma problem ondadır ki, gələn ilin büdcəsində neft gəlirlərini 55 dollardan hesablasaq, o zaman büdcədə ciddi kəsr yaranacaq. Bu kəsirin də maliyyə mənbəyi ya Dövlət Vergi Xidməti, ya da Dövlət Neft Fondundan əlavə transferlər olar.


Hökumət belə qeyri-populyar addımlar atmadığından düşünmürəm ki, bu il hansısa bir dəyişikliyə gedilsin. Amma qeyd etdiyim kimi, neftin qiyməti gələn il 60 və ya 60 dollardan aşağı olsa, o zaman may-iyun aylarında yeni büdcə layihəsi parlamentə təqdim oluna bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadın futbolçulara mesaj göndərdi - İşdən qovuldu

Qadın futbolçulara mesaj göndərdi - İşdən qovuldu

Gələn həftə bu seriallar yayımlanmayacaq

Gələn həftə bu seriallar yayımlanmayacaq

Qalibaf: “Tramp 9 dəfə bizi məğlub etdiyini deyib, gülməlidir”

Qalibaf: “Tramp 9 dəfə bizi məğlub etdiyini deyib, gülməlidir”

Roma Papasından ÇAĞIRIŞ: “Atəşi dayandırın!”

Roma Papasından ÇAĞIRIŞ: “Atəşi dayandırın!”

Ağcabədi qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədi qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

20 yaşlı futbolçu vəfat etdi

20 yaşlı futbolçu vəfat etdi

"İrana qarşı müharibəni davam etdirmək niyyətindəyik"

"İrana qarşı müharibəni davam etdirmək niyyətindəyik"

Yevlaxda qərb derbisində qollu HEÇ-HEÇƏ - VİDEO

Yevlaxda qərb derbisində qollu HEÇ-HEÇƏ - VİDEO

Buşehrlə bağlı Rusiyadan İsrailə XƏBƏRDARLIQ

Buşehrlə bağlı Rusiyadan İsrailə XƏBƏRDARLIQ

İsveçrənin İrandakı səfirliyinin daha 3 əməkdaşı Azərbaycana GƏLDİ - FOTO

İsveçrənin İrandakı səfirliyinin daha 3 əməkdaşı Azərbaycana GƏLDİ - FOTO

Türkiyə və Azərbaycanın diplomatları Suriyada nəyi müzakirə etdilər? - FOTO

Türkiyə və Azərbaycanın diplomatları Suriyada nəyi müzakirə etdilər? - FOTO

2 soydaşımız Gürcüstan çempionu oldu - FOTO

2 soydaşımız Gürcüstan çempionu oldu - FOTO

Messi oynamadı, “İnter Mayami” xal itirdi - VİDEO

Messi oynamadı, “İnter Mayami” xal itirdi - VİDEO

Xaçmaz-Quba yolunda qəza: Böyük tıxac yarandı - FOTO

Xaçmaz-Quba yolunda qəza: Böyük tıxac yarandı - FOTO

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?

Səudiyyə Ərəbistanı bu gecə 27 PUA və 6 ballistik raket zərərsizləşdib

Səudiyyə Ərəbistanı bu gecə 27 PUA və 6 ballistik raket zərərsizləşdib

Azad olunan ərazilərdə buraxılış imtahanı keçirildi

Azad olunan ərazilərdə buraxılış imtahanı keçirildi

Ukrayna dron istehsalı ilə bağlı ABŞ-a nəyi təklif edib?

Ukrayna dron istehsalı ilə bağlı ABŞ-a nəyi təklif edib?

Tanınmış müğənni həbs edilib?

Tanınmış müğənni həbs edilib?

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda gümüş medal QAZANDI

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda gümüş medal QAZANDI

Zelenski deputatları cəbhəyə göndərməklə hədələdi

Zelenski deputatları cəbhəyə göndərməklə hədələdi

“Fənərbağça” bu futbolçu üçün danışıqlara başladı

“Fənərbağça” bu futbolçu üçün danışıqlara başladı

İrandan Azərbaycana növbəti təxliyə: Daha 6 nəfər sərhədi keçdi

İrandan Azərbaycana növbəti təxliyə: Daha 6 nəfər sərhədi keçdi

End of content

No more pages to load

RADİO