Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olundu - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytin ticarət və sənaye naziri Xəlifə Abdullah Dhahi Al-Ajeel Al-Askar ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, görüşdə hər iki ölkənin iqtisadi əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçirilib, ticarət və investisiyaların artırılmasının, biznes əlaqələrinin yeni təşəbbüs və layihələrlə şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb.
 

Azərbaycanın əlverişli biznes mühiti və sənaye zonalarında sərmayə imkanları barədə məlumat verilib. Su və tullantıların idarə edilməsi, nəqliyyat, kənd təsərrüfatı, bərpaolunan enerji və digər sahələrdə dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlıq perspektivləri qeyd olunub.


Mikayıl Cabbarov Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin neft naziri Tariq Süleyman Əhməd Al-Rumi ilə görüşüb. Görüşdə ikitərəfli iqtisadi əlaqələrin güclənməsindən məmnunluq ifadə olunub, ənənəvi və bərpaolunan enerji istiqamətində əməkdaşlıq, emal layihələrində iştirak perspektivləri dəyərləndirilib. Azərbaycanın regional və qlobal enerji layihələrində uğurlu təmsilçiliyi, dayanıqlı iqtisadiyyata keçiddə resursların səmərəli idarə edilməsi barədə mövqeyi diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan uzun illərdir enerji sahəsində sabit tərəfdaş kimi çıxış edir və regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

İqtisadiyyat naziri “Alshaya Group” şirkətinin sədri Məhəmməd Alşaya ilə görüşündə qlobal biznes mühitində yeni imkanlar və innovativ həllər sahəsində potensial əməkdaşlıq və qabaqcıl təcrübələrin ölkəmizə transferi müzakirə olunub. Görüş zamanı Azərbaycanın əlverişli investisiya mühiti, regional bazarlara çıxış imkanları, turizm, ticarət və xidmət sektorlarının inkişaf perspektivləri barədə məlumat verilib.

“Alshaya Group”un pərakəndə ticarət, ictimai iaşə və xidmət sahələrində beynəlxalq təcrübəsinin Azərbaycanda tətbiqi, yerli biznes subyektləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
 

Mikayıl Cabbarov səfər çərçivəsində “Bukhamseen Group Holding Company” şirkətinin sədr müavini və baş icraçı direktoru Emad Buxamsin ilə görüş keçirib. Görüşdə Azərbaycanın inklüziv biznes mühiti və beynəlxalq şirkətlərlə tərəfdaşlığın inkişafı üçün stimullaşdırıcı tədbirlər barədə məlumat verilib, potensial sahələr üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.


Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamətdir və bu çərçivədə beynəlxalq tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa xüsusi önəm verilir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə etdi - VİDEO

Paşinyan uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə etdi - VİDEO

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

iPhone istifadəçilərinin NƏZƏRİNƏ: Təcili iOS-u yeniləyin

iPhone istifadəçilərinin NƏZƏRİNƏ: Təcili iOS-u yeniləyin

Pentaqon İran dronlarını bundan sonra belə MƏHV EDƏCƏK

Pentaqon İran dronlarını bundan sonra belə MƏHV EDƏCƏK

Bakıda bu evlər zəlzələyə tab gətirməyəcək - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Bakıda bu evlər zəlzələyə tab gətirməyəcək - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Zelenskidən Rusiya və İran vətəndaşlarına SANKSİYA

Zelenskidən Rusiya və İran vətəndaşlarına SANKSİYA

Haaland “Mançester Siti”dən ayrılmaq istəyir

Haaland “Mançester Siti”dən ayrılmaq istəyir

İranın zənginləşdirilmiş uranı GÖRÜN HARADADIR?

İranın zənginləşdirilmiş uranı GÖRÜN HARADADIR?

Qubada müəllimə dəm qazından həyatını itirdi

Qubada müəllimə dəm qazından həyatını itirdi

“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

Kərkicahan qəsəbə məktəbində fənn müsabiqəsi KEÇİRİLDİ - FOTO

Kərkicahan qəsəbə məktəbində fənn müsabiqəsi KEÇİRİLDİ - FOTO

Öldüyü deyilən Netanyahudan AÇIQLAMA- VİDEO

Öldüyü deyilən Netanyahudan AÇIQLAMA- VİDEO

Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Mahir Emreli qol vurdu, komandası qələbə qazandı - VİDEO

Mahir Emreli qol vurdu, komandası qələbə qazandı - VİDEO

İsraildən AÇIQLAMA - Əməliyyatlar bu tarixədək DAVAM EDƏCƏK

İsraildən AÇIQLAMA - Əməliyyatlar bu tarixədək DAVAM EDƏCƏK

“Fuad Poladovu görəndə əsirdim” - Nura

“Fuad Poladovu görəndə əsirdim” - Nura

Qazaxıstanda konstitusiya referendumu: Səsvermə başa çatdı - VİDEO

Qazaxıstanda konstitusiya referendumu: Səsvermə başa çatdı - VİDEO

Əfqanıstan Pakistanın hərbi bazasına zərbə endirdi - VİDEO

Əfqanıstan Pakistanın hərbi bazasına zərbə endirdi - VİDEO

Azərbaycanlı tələbə dünyanın nüfuzlu universitetlərinə QƏBUL OLDU

Azərbaycanlı tələbə dünyanın nüfuzlu universitetlərinə QƏBUL OLDU

Qusar qəzasında xəsarət alanların sayı AÇIQLANDI

Qusar qəzasında xəsarət alanların sayı AÇIQLANDI

İbrahim Tatlısəs qızını məhkəməyə verdi

İbrahim Tatlısəs qızını məhkəməyə verdi

Siyyarto: “Orban hakimiyyətdə qaldığı müddətdə Ukrayna Aİ-yə daxil olmayacaq”

Siyyarto: “Orban hakimiyyətdə qaldığı müddətdə Ukrayna Aİ-yə daxil olmayacaq”

Əsgərləri minadan qoruyan "ağıllı çəkmə" ilə bağlı SÜJET

Əsgərləri minadan qoruyan "ağıllı çəkmə" ilə bağlı SÜJET

End of content

No more pages to load

RADİO