FED-in qərarından sonra nə baş verəcək? - Martdan etibarən...

ABŞ-ın mərkəzi bankı (FED) böyük ehtimalla bu ilin mart ayında faizləri artıracaq. Hazırda 0-0,25 olan uçot dərəcəsinin martda 0,25-0,5 və ya 0,5-0,75 həddinə qaldırılacağı gözlənilir. Amma bu, faiz artımı ilə bağlı son qərar olmayacaq və 2022-ci ildə ən azı daha 2 dəfə faiz artırılmasına dair qərar qəbul ediləcək.

Bəs, FED-in faizləri artırmasından sonra nə baş verəcək?

Bizim.Media Sfera.az-a istinadən xəbər verir ki, FED-in faizləri artırması ilk növbədə dolları bahalaşdıracaq.
 

MÖVZU İLƏ BAĞLI:

FES-də vacib görüş başlayır – Mərkəzi Bankla bağlı YENİ BƏYANAT olacaq


Dollarda bahalaşma artıq bir neçə aydır ki, davam edir. 2021-ci ilin mayında 90 səviyyəsində olan Dollar İndeksi hazırda 96,8 səviyyəsindədir. Ötən 7-8 ay ərzində dolların qlobal məzənnə dəyəri 7,5 faizdən çox yüksəlib.

Dollardakı bahalaşmaya FED-in faizləri artıracağına dair gözləntilərin güclənməsi də təsir göstərir. Yəni, hələ faizlər artmamış birjalarda artımdan sonrakı vəziyyətin qiymətləndirməsi həyata keçirilir. Əslində FED özü bu informasiyaları cəmiyyətə, biznes aləminə ötürür ki, faiz artımları dollarda qəfil bahalaşmaya səbəb olmasın. Buna görə də mart ayına qədər dollarda tədrici bahalaşma davam edəcək və indeks  100 səviyyəsinə çatacaq.

Dolların bahalaşmasında FED-in maraqlı olduğu dəqiqdir. Çünki son bir ildə dünyada və ABŞ-da qiymətlər xeyli artıb. Bu vəziyyət FED-i məmnun etmədiyindən qiymət səviyyəsinin aşağı salınması üçün tədbirlər görülməlidir. Əsas tədbirlərdən biri də dolların bahalaşdırılmasıdır.

Dolların bahalaşması dəyəri birjalarda dollarla müəyyənləşdirilən əmtəələrin qiymətinə azaldıcı təsir göstərir. Bu məntiqlə dollar bahalaşdıqca neftin, qızılın və digər əlvan metalların, bir sıra kənd təsərrüfatı məhsullarının dəyərinin düşməsi ehtimalı var. Həmin məhsulların qiyməti məhz beynəlxalq birjalarda müəyyənləşir.

Faizlərin artmasının digər təsiri kreditlərin bahalaşması olacaq.

FED-in faizləri artırması dəyişkən faiz dərəcəsi ilə ABŞ dollarında borc alan şirkət, bələdiyyə və hökumətlərin xərclərini artıracaq. Azərbaycan da xaricdən dollarla dəyişkən faizlə borc cəlb etdiyindən bu, dövlət büdcəsinin xarici borcla bağlı xərclərini müəyyən qədər artıracaq.

Digər tərəfdən, yeni kreditlərin hamısını həm biz, həm də digər ölkələr daha yüksək faizlə almalı olacağıq. Təcrübə göstərir ki, kredit faizlərinin artması götürülən kreditin həcmini azaldır və bu, ümumi tələbi zəiflədir.

Faizlərin artması sərbəst vəsaitlərin ABŞ qiymətli kağızlarına yönəlməsi ilə də nəticələnəcək. Bu proses digər ölkələrdən maliyyə vəsaitlərinin çıxışına, onların inkişaf etmiş ölkələrə, xüsusən də, ABŞ-a yönəlməsinə səbəb olacaq.

Nəticədə investisiya qoyuluşunun artım tempi səngiyəcək. Qeyd edək ki, investisiya qoyuluşunun azalması da qiymət artımlarının zəifləməsinə kömək edəcək.

FED-in faizləri artırmasının digər nəticələri də olacaq.

Bizim üçün ən önəmli olan məsələ qlobal tələbin zəifləməsinin və dolların bahalaşmasının neft qiymətlərində yaradacağı dəyişiklik olacaq. Hazırkı mövcud vəziyyət neftin ucuzlaşmasının qarşısını alır.

Lakin baha dollar və aşağı qlobal iqtisadi aktivlik neft qiymətlərini yenidən azalda bilər. Yeni vəziyyətin neft qiymətlərini hansı səviyyəyə qədər endirəcəyini isə zaman göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

End of content

No more pages to load

RADİO