Adı var, özü yox qurum – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıbmı?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 11-də imzaladığı fərmana əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb.

Bizim.Media-nın araşdırmasına görə, daha əvvəl də İnnovasiyalar Agentliyi fəaliyyət göstərib. 

Lakin Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi yaradıldıqdan sonra, İnnovasiyalar Agentliyi ləğv olunub.

Xatırladaq ki, yeni agentliklər yaradılarkən onların fəaliyyətində səmərəliliyin yüksək olacağı ilə bağlı gözləntilər böyük idi.

Təsadüfi deyil ki, Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin yaradıldığı zaman Bizim.Media-ya müsahibə verən İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz yeni agentliyin fəaliyyəti ilə bağlı gözləntilərinin nikbin olduğunu dilə gətirmişdi:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada İnformasiya Texnologiyaları sənayesi üçün YENİ PLAN


"İki-üç il ərzində öz fəaliyyətini qura bilməyən İnnovasiya Agentliyinin ləğv edilib, onun əsasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaranması startap və innovasiya sektorundakı durğunluğu aradan qaldıra biləcək”.

Lakin agentliyin yaradılmasından 3 aydan çox müddət keçməsinə baxmayaraq, nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytında, nə də ölkə mətbuatında onun fəaliyyəti ilə bağlı hər hansı informasiyaya rast gəldik.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr də təyin olunub. Belə ki, noyabrın 15-də Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müşaviri Əhmədov Fərid Turab oğlu “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin edib.

Adı var, özü yox...

Nazirliyin rəsmi saytında Agentliklərin adı nazirliyin sturkturunda öz əksini tapıb və onların fəaliyyət istiqamətləri də qeyd olunub. 

Lakin nə qeyd olunan, nə də digər istiqamətlərdə sözügedən agentliklərin fəaliyyətləri ilə bağlı hər hansı informasiya öz əksini tapmayıb. Bu səbəbdən də, nazirliyin mətbuat xidməti ilə əlaqə yaratmağa çalışdıq. Cəhdlərimizə baxmayaraq, mətbuat xidmətindən də hər hansı məlumat ala bilmədik.


Davam edən araşdırmalarımız nəticəsində, daha maraqlı bir nüans da ortaya çıxıb. Belə ki, 1992-1997-ci illərdə Rabitə naziri olmuş akademik Siruz Abasbəyli yanvarın 18-də özünün “facebook” hesabından yazdığı statusda Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyində keçirilən iclasa qatıldığını və iclasda İnnovasiyalar Agentliyinin yaradılması məsələsinin 2022-ci il üçün fəaliyyət planına daxil edildiyini qeyd edib.

Təbii ki, bu açıqlama mövzu ilə bağlı daha bir sualı meydana çıxarıb:

Sərəncamın imzalanmasından 3 ay keçməsinə baxmayaraq, ümumiyyətlə, İnnovasiya və Rəqəmsal İnkişaf adlı agentlik yaradılıbmı?

Mövzunu diqqətdə saxlayacağıq. 

Murad Əhmədov, Bizim.Media 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

End of content

No more pages to load

RADİO