Dünya Bankı Azərbaycanda vergi islahatlarına texniki dəstək layihəsini uzadıb - SƏBƏB

Dünya Bankının Qlobal Vergi proqramı (Global Tax Program) Donorlarının Rəhbər Komitəsinin yarımillik hesabat xarakteri daşıyan onlayn iclası keçirilib.

Bu barədə Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Proqram ölkələrə qlobal, regional və ölkə səviyyəsində sübut əsaslı, hərtərəfli və ardıcıl islahat proqramları vasitəsi ilə vergi sistemlərini gücləndirməyə kömək edir. İclasın gündəliyi proqram daxilində həyata keçirilmiş layihələrin cari vəziyyəti və görülmüş işlərin müzakirəsindən ibarət olub.

İclasda Azərbaycan, Tacikistan və Özbəkistanın nümayəndələri Dünya Bankı ilə layihələr əsasında uğurlu əməkdaşlıq təcrübələrini bölüşüblər.

Tədbirdə iştirak edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva 2018-ci ildən uğurla davam etdirilən və Dünya Bankı ilə birgə həyata keçirilən “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” barədə məlumat verib, yerli inzibatçılığın cari vəziyyətinin qiymətləndirilməsində, Tədbirlər Planı və hesabatların hazırlanmasında xarici ekspertlərlə yanaşı, Dövlət Vergi Xidməti əməkdaşlarının iştirakının da səmərəli olduğunu qeyd edib.

Bildirilib ki, 2020-ci ilin may ayında yekunlaşdırılması nəzərdə tutulan layihənin müddəti qarşılıqlı razılaşma əsasında uzadılıb.

Bunu yüksək qiymətləndirən S.Musayeva Dövlət Vergi Xidmətinin bu layihədən bəhrələndiyini, vergi islahatları vasitəsi ilə vergi inzibatçılığının daim təkmilləşdirildiyini diqqətə çatdırıb.

İclasda Dünya Bankının Qlobal Vergi proqramı Donorları, Dünya Bankının rəhbərliyi və icraçı həmkarlar qrupu, eyni zamanda texniki yardım layihələrinin həyata keçirilməsində iştirak edən Əməliyyat komandası iştirak edib.
Tədbirə həmçinin Beynəlxalq Valyuta Fondu və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

End of content

No more pages to load

RADİO