Startapların mənfəət vergisindən azad edilməsi lazımdırmı? - İqtisadiyyat Nazirliyinə SUAL 

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Startap layihələri 3 il müddəttinə mənfəət vergisindən azad olunub.

Bəs, mənfəət vergisinin ləğvi “Start-Up” layihələrinin stimullaşdırılması üçün yetərlidirmi?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən, “Taskskilled” layihəsinin təsisçisi Nəriman Qaraxaninin sözlərinə görə, ƏDV startap layihələrinin qarşısında duran ən önəmli maneədir:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada İnformasiya Texnologiyaları sənayesi üçün YENİ PLAN


“Bir startap olaraq, təbii ki, bizim qarşımızda da maneələr var. Bizim sistemimiz hazırdır və biz artıq satışa başlayırıq. Qeyd edə bilərəm ki, əlavə dəyər vergisi (ƏDV) bizim üçün əsas maneədir. İlkin mərhələdə biz gəlirlərimizi öz inkişafımıza yönələdə bilərik. Lakin belə olan halda biz, gəlirlərimizin mühüm bir hissəsini verigi şəklində ödəmək məcburiyyətində qalacağıq. Təbii ki, dövlətdən bu tip dəstək olarsa, işimizi qlobal layihəyə çevirə, sistemin dünya miqyasında istifadəsini təmin edə bilərik”. 

Nəriman Qaraxani ilkin mərhələdəki satışlardan vergi ödəmələrinin hansı probelmləri ortaya çıxardığını da qeyd edib:

“Lakin bu cür maliyyə maneələri bizim sürətimizi azaldır və inkişafa mane olur. Bizim kimi startap layihələrin maddi ehtiyacları olur. Hansı ki, biz ehtiyaclarımızı öz gücümüzlə əldə etməyə məcbur oluruq. Onun üçün də başlanğıcda dəstəyə ehtiyac var. Təbii ki, dövlətin mənfəət verigisinin ləğv etmək kimi bir dəstəyi var. Lakin bu, o qədər də böyük dəstək deyil.

Yaxşı olardı ki, bizə bu tip güzəştlər tətbiq olunardı. ƏDV bir çox startap layihələrinin yaralı yeridir.


Çünki onlar yeni-yeni satışlara başlayırlar. Həmin xırda satışlar isə, bir növ test mühitidir ki, orada insanların satışa reaksiyası məlum olur. Başlanğıc satışların əsas məqsədi gəlir qazanmaq yox, məhsulun problemli tərəflərini və ona olan marağı görməkdir. Yəni, başlanğıcda test kimi satışa çıxarılan məhsul üçün müəyyən vergilər ödəmək məcburiyyətindəsən”.

Qeyd edək ki, “Taskskilled” layihəsi məktəblərdə onlayn təhsil sistemlərində yeni tədris metodlarını əhatə edir. Belə ki, bu sistem şagirdlərin oyunlar və simulyasiyalarla praktiki biliklərə yiyələnməsinə imkan verəcək.

Sistem orta məktəblərdə əsas problemlərdən biri olan laboratoriya məşğələlərinin onlayn formatda təşkilinə imkan verir.
 

Məsələ ilə, bağlı ekspertlərin fikri də Nəriman Qaraxaninin qeyd etdikləri ilə üst-üstə düşür. Belə ki, ekspertlərin sözlərinə görə, startap layihələrinə ciddi vergi güzəştlərinin tətbiqinə ehtiyac var.


Hətta bir sıra hallarda, vergilərin tamamilə ləğvi və əlavə stimullaşdırıcı tədbirlərin görülməsi də zəruri ola bilər. Bununla yanaşı, bir çok ekspertlər o fikirdədir ki, startapları mənfəət vergisindən, DSMF ödəməlirindən azad etmək daha məqsədə uyğun olardı, cünki startapın mənfəət vergisindən azad edilməsi əslində böyük bir töhfə vermir. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

End of content

No more pages to load

RADİO