Azərbaycanda bahalaşmanın İKİ SƏBƏBİ – Vahid Əhmədov nəyi izah etmək istəyir?

Hər ilin başı insanları bahalaşma ilə şoka salmaq artıq trend halı alıb. Bütün dünyada bu belədir və danılmaz faktdır. Məsələn, dünyanı “idarə edirlər” yarlığı ilə suçladığımız İngiltərə. Son 30 ildə Britaniyada ilk dəfə ərzaq və digər xidmət sektorunda bahalaşma kəllə-çarxa çıxıb. Onlar bunu yanacağın qiymətinin bahalaşması ilə bağlayırlar. Bundan dolayı bütün xidmət sektorlarında bahalaşma müşahidə edilir.

İngilislərin dövlət rəsmisinin ölkənin səhər verilişlərinin birində işlətdiyi “Bütün dünyada vəziyyət belədir” – ifadəsi isə böyük marağa səbəb oldu.  

Həmin videoya burada baxa bilərsiz.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI


Əlavə edəcəyimiz iki video isə müstəqil ekspertlərin və jurnalistlərin bahalaşma ilə bağlı mövqeyidir. Bu videolarda isə belə bir nəticəyə gəlinir ki, bahalaşma əhalinin xərcləri ilə rentabel olmalıdır, çünki bahalaşma var, amma əhalinin həssas qrupu (işsizlər, təqaüdçülər) məsələdən əziyyət çəkirlər. Çünki xərclər artsa da, gəlirlərdə artım olmur.

Azərbaycandakı qiymət artımı ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov isə Bizim.Media-ya açıqlamasında deyib ki, ölkədə hazırda süni qiymət artımından söhbət gedir və məsələ hökumətin diqqət mərkəzindədir: 

“2022-ci ilin dövlət büdcəsini müzakirə edən zaman bu məsələyə ciddi toxunmuşduq. Bu yaxınlarda Baş Nazir cənab Əli Əsədov rəhbərliyi altında böyük bir iclas keçirilib. Həmin iclasda bu qiymət artımına toxunulub nəticədə ciddi tapşırıqlar verib, tədbirlər planı işlənib hazırlanıb”. 

O, qeyd edib ki, bu yaxınlarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də çox ciddi əməliyyatlar həyata keçirir. 

Dövlət rəsmisinin açıqlamasına, əsasən qeyd edə bilərik ki, süni qiymət artımı adiyyatı dövlət orqranlarının nəzarətindədir: 

“Çalışırlar ki, süni qiymət artımı olmasın. Çünki bir sıra sahibkarlar qiymət artımından istifadə edərək süni şəkildə qiymətləri artırırlar”. 

Vahid Əhmədov, eyni zamanda Avropa dövlətlərində də eyni vəziyyətin olduğunu açıqlayıb:

“Amma ümumi götürdükdə mən sizə açığını deyim, dünyada qiymət artımı baş verir və bu çox ciddi problemdir. Bir sıra Avropa dövlətləri Avropa Şurasına müraciət edirlər ki, qiymətləri tənzimləyək ki, ciddi problem olmasın”.

Onun sözlərinə görə, Azərbaycan da kifayət qədər dünya ilə sıx iqtisadi ticari əlaqələri olan dövlətdir və nəticədə idxal olunan məhsullarda qiymət artımı müşahidə olunur:

“Amma çalışmaq lazımdır ki, 2022-ci ildə inflyasiyanı birrəqəmli şəkildə qoruyub saxlayaq. Bu, əlbəttə, çətindir və ağırdır, amma Azərbaycanın imkanı var. İşlənilən tədbirlər planını həyata keçirməklə, inflyasiyanı heç olmasa birrəqəmli şəkildə saxlaya və süni qiymət artımının qarşısını ala bilərik”.

Bəs, kommunal xidmətlərdəki artım, bu ki, sünii artım deyil və rəsmi oqranların qərarlarına əsaslanır...

Vahid Əhmədov bu məsələdə isə deyib ki, “İnsanlar qiymət artımından əziyyət çəkirlər. Məhz bunu nəzərə alaraq dövlət başçısı İlham Əliyev ilin axırına (2021-ci ili nəzərdə tutur-red.) doğru Sərəncamlar imzaladı ki, qiymət artımının öhdəsindən əhali gələ bilsin”. 

V.Əhmədov əlavə edib ki, amma imkan daxilində çalışmaq lazımdır ki, insanlar qiymət artımından çox əziyyət çəkməsinlər: 

“Ünvanlı yardımlar, pensiya, müavinətlər, işləməyən insanların gəlirlərinə, İşsizlikdən sığorta fondunun bu məsələdə vəsaitlərinə mütəmadi baxmaq lazımdır ki, qiymət artımının öhdəsindən gəlmək mümkün olsun”.   

Nəticə budur ki, Azərbaycanda bahalaşma, həm real, həm də süni məsələlərdən qaynaqlanır. Yəni, dünyada gedən bahalaşma ilə bərabər yerli işbazların fürsətcilliyi də ifrat bahalaşmaya səbəb olub.

Ona görə də bu günün perspektivindən “bütün dünyada vəziyyət belədir” cümləsinə yumor ilə yanaşa bilmərik.   

Bəs, 2022-ci ildə Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsi necə görünür?

Bu barədə yazımızı, həm müstəqil, həm də rəsmilərin açıqlamarına əsasən yaxın günlərdə paylaşacağıq.

Ülviyyə Əlizadə, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

End of content

No more pages to load

RADİO