Qumar həvəskarlarına QADAĞA: “Qara bazarı inkişaf etdirəcək” – Natiq Cəfərli 

2022-ci il yanvarın 15-18-də bəzi bank müştərilərinin mobil nömrəsinə xəbərdarlıq mesajı daxil olub. Belə ki, xarici qumar oyunlarına pul köçürən azərbaycanlılar cərimələnəcək. Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər 40 min manat məbləğdə cərimə ediləcək. Bundan başqa, qumara şərait yaradanlar, virtual mühitə çıxışı təmin edənləri də cəza gözləyir.

Bizim.Media xəbər verir ki, Azərbaycanda qumar oynayanların 5 min manat cərimə edilməsi də 2022-ci ilin ilk günündən – yanvarın 1-dən qüvvədədir. 
 

MÖVZU İLƏ BAĞLI:

"Qumarı reklam edən saytların fəaliyyəti dayandırılmalıdır" - VƏKİL


Belə bir qərardan sonra bu cür suallar yaranır:

- Bu qumarla mübarizədir, yoxsa yerli qumarxanaların gəlirliliyini artırmaq?

- Azart aludəçiləri daha çox uduşdan niyə məhrum edilir? Axı “Topaz” koefisentləri az, komissiya faizləri çoxdur.

- İndi kimsə səhvən 1 manat köçürübsə, onu 3 min cərimələmək nə dərəcədə məntiqlidir?

Bu və digər məsələlərə iqtisadçı ekspert Natiq Cəfərli ilə cavab tapmağa çalışdıq. O, cavabının əvvəlində bildirdi ki, 2 şeyin qarşısını almaq ya çətindir, ya da ki mümkünsüzdür:

“Bunun biri ideyadır. Digəri isə puldur. Bunu Sovet İttifaqı da bacarmadı. Azərbaycanda belə bir şərait yaranacaqsa, insanlar gedib Gürcüstanda, Türkiyədə bank hesabı açacaqlar və xarici kartlar vasitəsilə ödənişlər edib qumar oyunlarında iştirak edəcəklər. Düzdür, bir az çətinləşəcək, problemlər yaranacaq, amma insanlar bundan da çıxış yolu tapacaqlar. 

Yəni belə qadağalarla mübarizə aparmaq mümkün deyil. Əgər ölkədə onlayn qumar oynamaq qadağandırsa, elə hamısı qadağan olunmalıdır. Yoxsa sənə seçim imkanını vermirlərsə, yəni ancaq “Topaz”a yönəldirlərsə, bu da ölkə daxilində inhisarçılığın təşviqindən başqa bir şey deyil. 

Düşünürəm ki, bu qərarın işləməsi bir az çətin olacaq.

Bəlkə ilk aylarda vətəndaşlarda müəyyən problemlər yaşansın. Amma mən sizi inandırım ki, Azərbaycan cəmiyyəti çox kreativdir və belə mövzularda tez düşünərək, operativ çıxış yolu tapır.


Oyunçular olacaq ki, elə bir nəfəri Gürcüstana yollayacaqlar, onun adına kart açacaqlar və 10 nəfər həmin kartdan istifadə edərək mərc oyunlarında iştirak edəcək. Yəni belə inzibati yollarla nəticə əldə etmək mümkün də deyil”. 

- “Topaz”dan başqa Azərbaycanda da “qara kontor” deyilən qumarxanalar var.

“Bəli, onu təşviq edəcəklər. Xarici bank kartı olanlar onu qara kontor kimi işlədəcəklər. Müştərilərə deyəcəklər ki, “başını ağrıdıb xaricdə hesab da açma. Ödənişlərini mənə elə, heç bir yerdə qeydiyyat olmadan da qumarda iştirak elə”. Yəni bu, faktiki olaraq qara bazarı, bir də ölkə daxilindəki mərc oyunlarını təşviq edərək onları inhisarlaşdırır”.

- Cərimə məsələsi barədə nə deyə bilərsiniz?

“Bizim insanlar cəriməyə düşməyəcəklər. Çünki xəbəri olanlar dərhal başqa yollar tapacaqlar. Xəbəri olmayanlara cərimə yazıla bilər. Bu da ilkin mərhələdə mümkündür. Daha sonra cərimələnənlərin ətrafı da məlumatlanıb cərimədən uzaq olacaqlar. Əslində cərimədən pul qazanmaq da mümkün deyil”. 

- Bəs 1 manata görə 3 min manat cərimələnmək necə? Düzgündürmü?

“Bu iqtisadi məsələ yox, hüquqi nüansdır. Xırda cinayət işinə görə böyük məbləğdə cərimə yazırlar. Avropa ilə Amerikada da belədir. Cərimə yox, amma qadağaların özü məntiqsizdir”.

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

End of content

No more pages to load

RADİO