Dünya bazarında neftin qiyməti 7 ilin rekordundan sonra bir qədər aşağı düşüb.
Bizim.Media xəbər verir ki, səhərki hərraclarda “Brent” markalı neftin mart fyüçersləri 0,1 faiz ucuzlaşaraq 88,35 ABŞ dollarından, WTI markalı neftin də mart fyüçersləri 0,02 faiz ucuzlaşaraq 85,79 dollardan satılıb.
Xatırladaq ki, dünən “Brent” markalı neft 2014-cü ilin oktyabr ayından bu yana ilk dəfə 89 dollar həddini keçmişdi.
Bizim.Media