“Buta Airways” Bakıdan Kazan və Ufaya uçuşa başlayır – Həftədə 2 dəfə

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" bu ilin mart ayında Rusiyanın daha iki şəhərini uçuş marşrutları xəritəsinə daxil edəcək.

Bizim.Media AZAL-a istinadən xəbər verir ki, Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Kazan və Ufa şəhərlərinə xüsusi reyslər həyata keçiriləcək.

Uçuşlar hər iki istiqamətdə həftədə iki dəfə yerinə yetiriləcək. Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlara martın 16-da başlanılacaq, həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlara isə martın 17-də başlanılacaq, həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.

Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunur.

Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Qeyd edilən reyslərlə yola düşən bütün sərnişinlər “COVID-19 olmadan səyahət edirəm” mobil əlavəsini smartfonlarına yükləməli və pasportunun skan edilmiş versiyasını, həmçinin COVID-19 üçün PCR-testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər.

Pandemiya dövründə Rusiyaya giriş qaydaları aviaşirkətin saytında dərc olunub:

//www.butaairways.az/az/covid/russia.

Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib:

//www.butaairways.az/az/covid/clinics.

Sərnişin Rusiya şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər.
 

PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.


COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

"Çox evlənəndə belə olur"

"Çox evlənəndə belə olur"

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

Azərbaycan gübrə idxalına çəkdiyi xərci KƏSKİN ARTIRIB

Azərbaycan gübrə idxalına çəkdiyi xərci KƏSKİN ARTIRIB

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO