Bu nazirlik daha 50-dən çox e-xidməti istifadəyə verəcək - FOTO

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən, o cümlədən 44-ü proaktiv qaydada göstərilir. Bu il isə Nazirlik daha daha 50-dən çox e-xidməti istifadəyə verəcək.

Bu barədə Bizim.Media-ya  ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi​ndən məlumat verilib.

Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyəti və gələcək hədəflərinə həsr olunmuş iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların tətbiqi geniş miqyas alıb.

Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılması da bu sahədə işlərin operativ və sürətli aparılması, genişləndirilməsi, rəqəmsal həllərin artırılması məqsədi daşıyır.

İclasda qeyd edilib ki, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalına 2021-ci ildə 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Eyni zamanda, proaktiv xidmətlər vasitəsilə 190 minə yaxın təyinat həyata keçirilib.

Son üç ildə Nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib.

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən keçən il ƏƏSMN-in informasiya bazalarına sorğu sayı 139 milyon olub.

Əmək münasibətlərinin rəsmi qeydiyyatı “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən aparılır. Son illər qurulan “Məşğulluq” altsistemi vasitəsilə məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyini, əlçatanlığının və effektivliyini təmin edilir.

Hazırda “Əmək münasibətləri və məşğulluq” altsistemi də yaradılır. Bu da bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini vahid e-platformada əhatə edəcək. Həmçinin e-DOST platforması, “BACAR” virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi, “İctimai işlər portalı” və s. də hazırlanır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

"Çox evlənəndə belə olur"

"Çox evlənəndə belə olur"

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

Azərbaycan gübrə idxalına çəkdiyi xərci KƏSKİN ARTIRIB

Azərbaycan gübrə idxalına çəkdiyi xərci KƏSKİN ARTIRIB

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO