İlham Şaban: “Bu il ölkəmizdə AVRO-5 standartlarına uyğun dizel istehsal olunacaq”

“Gələn il Azərbaycanda Heydər Əliyev adına Neftayırma Zavodunun ilk dəfə olaraq “EURO-5” standartlarına uyğun yanacaq istehsal etməsi planlaşdırılır. Belə ki, gələn ilin ikinci rübünün sonlarından etibarən zavod tərəfindən yüksək standartlara cavab verən dizel yanacağı istehsal olunacaq. Bu Azərbaycanda ekoloji baxımdan çox bərbad vəziyyətdə olan yanacağın, dünyada çoxdandır istifadə olunan yüksək səviyyəli yanacaqla əvəzlənməsi deməkdir”.

Bu fikirləri 2022-ci ildə Azərbaycanda enerji istehsalının dünya standartlarına uyğunlaşdırılması ilə bağlı gözləntilərini Bizim.Media ilə bölüşən enerji sahəsi üzrə ekspert İlham Şaban bildirib.

Ekspertin fikrincə, sözügedən layihənin reallaşması ölkəmizdə keyfiyyətsiz dizel yanacağı səbəbindən ekologiyaya vurulan zərəri azaltmağa imkan verəcək: 

“Onu nəzərə alaq ki, Avropada ekoloji standartların sərtləşdirilməsi ilə əlaqədar, istifadəsinə icazə verilməyən köhnə maşınları Azərbaycan istehlakçıları böyük fərəhlə ölkəyə gətirirlər. Təsadüfi deyil ki, bu il pandemiya dönəmi olmasına baxmayaraq, 60 min maşın idxal olundu. Bu rəqəm gələn il bəlkə də 70 mini də ötəcək. Bu avtomobillərin çoxu isə, ekologiyaya ağır zərərlər vurur. Bunun nəticəsidir ki, Azərbaycanda son 5 ildə dizel yanacağının istehlakı 2 dəfədən çox artıb. Hər nə qədər “yaşıl enerji” konsepsiyasından danışılsa da, paytaxtda havanın çirklənməsinin 80%-dən çox məhz avtonəqliyyatın üzərinə düşür”.

İlham Şaban 2022-ci ildə ekologiyaya ciddi zərər vuran bu cür vəziyyətin öz həllini tapacağına ümid etdiyini də qeyd edib: 

“Bununla bağlı “barmağarası” baxış mövcuddur. İnsanlar üçün stimullaşdırma və avtomobil parkının yenilənməsi ilə bağlı qonşu Rusiyada 2010-cu, Qazaxıstanda isə 2014-ci ildən həyata keçirilən oxşar proqramların tətbiqi hələ də yoxdur. Ümid edək ki, yavaş-yavaş bu sahədə nə isə yeniliklər baş versin, yanacağımız dünya standartlarına cavab versin”.

Ekspert, gələn il iki “yaşıl enerji” layihəsi üzrə işlərin start götürməsi ehtimallarını da dəyərləndirib: 

“Bu il Energetika Nazirliyi alternativ enerji ilə bağlı Səudiyyə Ərəbistanı və BƏƏ ilə iki müqavilə imzalanıb. Lakin tikinti işlərinə hələ də start verilməyib. Ümid etmək olar ki, 2022-ci ildə hər iki əayihə üzrə tikinti işlərinə başlanılacaq və həmin işlərin 2024-cü ildə başa çatması proqnozlaşdırılır. Bundan sonra həmin stansiyalardan elektrik enerjisi tədarük etmək mümkün ola bilər”.

İlham Şaban enerji sahəsində 2022-ci ildə tətbiqinə başlanılacaq yeni qanun layihəsinin əhəmiyyətindən də danışıb: 

“Bu il yeni qanun layihəsi qəbul olundu və Prezident tərəfindən imzalandı. Lakin onun tətbiqinə 2022-ci il 1 iyun tarixindən start veriləcək. Sözügedən qanun enerjidən rasional istifadə və enerji effektivliyinin artırılması ilə bağlıdır. Müstəqil Azərbaycanda enerjiyə yeni baxış dövrünü mən bu cür qiymətləndirərdim. Çünki binaların tikintisində, onların istiliyi saxlamaq qabiliyyəti layihələndirmə prosesində mütləq nəzərə alınmalıdır”.

Murad Əhmədov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

İllər sonra səhnəyə qayıdır - Fotolar

İllər sonra səhnəyə qayıdır - Fotolar

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Hər gün bu meyvələrdən yeyilməlidir

Hər gün bu meyvələrdən yeyilməlidir

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

End of content

No more pages to load

RADİO