Hansı avtomobillər ucuzlaşacaq? – Deputatdan AÇIQLAMA 

“Bu aydan “Vergi Məcəlləsinə” yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərin əhatə etdiyi sektorlardan biri də avtomobil idxalı və satışı ilə bağlıdır”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov öz Facebook səhifəsində yazıb.   

O bildirib ki, dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı bu aydan başlayaraq növbəti 3 ildə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan gələn il sosial xərclərdə Niderlandı geridə qoyacaq – Millət vəkili


“Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur. 

Digər dəyişiklik mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalın tətbiq edilməsidir”.

Deputat qeyd edib ki, iqtisadi baxımdan son dəyişikliklər avtomobil bazarına iki istiqamətdə təsir göstərəcək.

“Birincisi, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar istisna edilmir.. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq.

Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq istehsal tarixi 3 ildən çox olmayan həmin maşınların qiymətlərində azalmaların olacağı qacılmazdır. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışının da ƏDV-dən azad edilməsi onların maya dəyərini aşağı salacaq.

Digər tərəfdən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması onlaırn xərcini yüksəldəcək və bu da həmin maşınların qiymətlərində artımlara gətirib çıxaracağı istisna deyil”.

Sonda Vüqar Bayramlı qeyd edib:

“Doğrudur, “Vergi Məcəlləsinə” edilən bu dəyişikliklər iqtisadi baxımdan anlaşılandır. Məqsəd hybrid və elektron avtomobillərə marağı artırmaq və mühərrəki böyük olan və ili köhnə olan avtomobillərə tələbi azaltmaqdır.

Bu ekoloji və yol təhlükəsizliyi baxımdan da vacibdir. Eyni zamanda, dünya bazarında enerji məhsullarının qiymətinin mütəmadi artdığını və volatilliyin yüksək olduğunu nəzərə aldıqda hibrid və elektrik avtomobillərinə üstünlük verilməsi xərcin optimallaşdırılması baxımından da məqsədəuyğundur”. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

İllər sonra səhnəyə qayıdır - Fotolar

İllər sonra səhnəyə qayıdır - Fotolar

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Hər gün bu meyvələrdən yeyilməlidir

Hər gün bu meyvələrdən yeyilməlidir

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

End of content

No more pages to load

RADİO