"Hazırda dünyanın aparıcı şirkətləri yeni yataqlar kəşf etməkdənsə, mövcud yataqalarda hasilatı artırmağa üstünlük verir".
Bizim.Media xəbər verir ki, belə açıqlama ilə "Halliburton" neft şirkətinin direktoru Ceff Miller çıxış edib.
O, dünyada neft qıtlığı yaranacağını deyib.
C.Miller fikrini son illər yeraltı sərvətlərin infrasturukturuna kifayət qədər investisiya qoyulmaması ilə əsaslandırıb.
Qeyd edək ki, onun bu fikri ilə razılaşmayanlar da var.
Bizim.Media