Lirənin başı üzərindəki “TƏHLÜKƏ” - Ucuzlaşma Azərbaycanla ticarət dövriyyəsinə necə təsir edəcək?

“Lirəni ucuzlaşdıran səbəblər hələ də, praktik olaraq, qalmaqdadır: Türkiyənin cari hesablaşmalar balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması və siyasi faktorlar”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov “Facebook”da yazıb.

Onun sözlərinə görə, lirənin dollara nisbətən məzənnəsində müşahidə edilən volatillikdən sonra Türkiyə valyutasının kursunun necə dəyişəcəyi müzakirə edilən məsələlərdəndir: 

“ABŞ valyutasına nisbətən bu il dekabrın 20-dək kəskin ucuzlaşan lirə son 1 həftədə daha stabil kursa malik olub. Lirənin son günlər stabil kurs nümayış etdirməsi daha çox qardaş ölkədə Mərkəzi Bankın intervensiyası ilə əlaqələndirilir. Amma üzən məzənnə sisteminə malik olan ölkələrdə heç bir Mərkəzi Bank intervensiya yolu ilə milli vlayutanı uzun müddət stabil saxlamaq imkanına malik ola bilməz. Valyuta bazarındakı stabillik üçün bazarın özünün dollar təklifinin artmasına ehtiyac var”.

Deputat bildirib ki, bu baxımdan, lirənin növbəti dövrlərdə məzənnəsi birbaşa Türkiyəyə daxil olan valyutanın həcmindən, qardaş ölkənin ixracat imkanlarından və təbii ki, Qərb dövlətləri ilə münasibətlərin səviyyəsindən asılı olacaq.

“Çünki, Türkiyə iqtisadiyyatına daha çox sərmayə cəlbi lirə üçün stabillik yarada bilər. Bütün mövcud faktorları nəzərə alsaq, təəssüf ki, hələ də lirənin başı üzərindəki “təhlükə” qalmaqdadır. Təbii ki, Türkiyə Mərkəzi Bankı növbəti dövrdə də milli valyutanın məzənnəsində kəskin volatilliyin baş verməməsi üçün intervensiya alətlərdən istifadə edə bilər”.

Vüqar Bayramov türk lirəsinin ucuzlaşmasının Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməsə də belə, həm iqtisadi, həm də psixoloji baxımdan qardaş ölkədə milli valyutanın dəyərsizləşməsinin bizim üçün arzuolunan olmadığını vurğulayıb: 

“Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33 %-ə yaxını Türkiyə bazarına yönəlib”.

Deputat türk lirəsinin ucuzlaşmasının bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcəyini deyib.

“Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmində müsbət saldoya malikdir və biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək.

Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq.
Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə səkkiz milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir.  Bütün hallarda isə, qardaş ölkədə milli valyutanın stabilliyi bizim üçün iqtisadi və strateji baxımdan əhəmiyyətlidir”, - deyə Vüqar Bayramov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

İllər sonra səhnəyə qayıdır - Fotolar

İllər sonra səhnəyə qayıdır - Fotolar

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Hər gün bu meyvələrdən yeyilməlidir

Hər gün bu meyvələrdən yeyilməlidir

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

End of content

No more pages to load

RADİO