Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi ARTIRILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, tərəflər 2021-ci ildə AQTA ilə Rosselxoznadzor arasında əməkdaşlığın yekunlarına dair fikir mübadiləsi aparıblar.

Bildirilib ki, birgə əməkdaşlığın inkişafı nəticəsində iki ölkə arasında bitkiçilik məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsinə nail olunmuş, bununla da Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı 2020-ci illə müqayisədə 3% artaraq 523,8 min tondan 539,7 min tona çatdırılmışdır.

Hazırda Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən çox pomidor və alma ixrac edən ölkələrdən biridir.

Görüşdə təsərrüfatlarda aparılmış 2603 monitorinqin yekun nəticəsi ilə bağlı AQTA-nın Rosselxoznadzora müraciəti əsasında 212 pomidor, 76 alma istehsalı müəssisəsindən Rusiya Federasiyasına məhsul ixracına icazə verildiyi, həmçinin 1 yanvar – 26 dekabr 2021-ci il tarixləri ərzində Rusiya Federasiyasına ümumilikdə 138 117 ton pomidor, 62 319 ton alma məhsulunun ixrac olunduğu diqqətə çatdırılıb.

Q.Təhməzli Azərbaycandan Rusiyaya alma və pomidor məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, eləcə də videomonitorinqlərin aradan qaldırılması və birgə səmərəli fəaliyyətə görə S.Dankvertə öz təşəkkürünü bildirib.

Sergey Dankvert isə iki ölkə arasında qida təhlükəsizliyi, həmçinin bitki sağlamlığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib.

Bildirib ki, 2021-ci ildə “Rosselxoznadzor”un müvafiq qurumu Rusiya Elmlər Akademiyası ilə birgə bitki xəstəliklərinə qarşı mübarizə tədbirləri çərçivəsində təsirli vasitə ola biləcək peyvəndin hazırlanmasına başlayıb və bu peyvəndin tətbiq edilməsi gələcəkdə Azərbaycandan Rusiyaya pomidor ixracının həcminin artmasına şərait yaradacaq.

S.Dankvert qeyd edib ki, cari ildə Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artırılıb.

Belə ki, nektarin ixracı 3 dəfə (ötən il 4,3 min tona qarşı 12,9 min ton), şaftalı ixracı 3 dəfə (3,1 min tona qarşı 9,5 min ton), armud ixracı 2,9 dəfə (1,8 min tona qarşı 5,3 min ton), ərik ixracı 2,8 dəfə (712 tona qarşı 2 min ton) artıb.
O cümlədən ölkəmizdən Rusiyaya üzüm ixracı üzrə 44% (6,5 min tona qarşı 9,4 min ton), xurma ixracı üzrə 33% (102,1 min tona qarşı 136,2 min ton), nar ixracı üzrə 24% (12 min tona qarşı 14,9 min ton), kartof ixracı üzrə isə 23% (69 min tona qarşı 85 min ton) artım qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Quba yolunda piyadanı maşın VURDU

Bakı-Quba yolunda piyadanı maşın VURDU

Anım Günü ilə bağlı təşkil edilmiş tibbi-sosial aksiya - FOTO

Anım Günü ilə bağlı təşkil edilmiş tibbi-sosial aksiya - FOTO

Krivatsyukun komandası XAL İTİRDİ

Krivatsyukun komandası XAL İTİRDİ

Günün ən “yuxulu saatları” AÇIQLANDI

Günün ən “yuxulu saatları” AÇIQLANDI

“Avropada Rusiyaya qarşı müharibəyə hazırlaşanlar var” - Lavrov

“Avropada Rusiyaya qarşı müharibəyə hazırlaşanlar var” - Lavrov

Premyer Liqa klubunda yeni BAŞ MƏŞQÇİ

Premyer Liqa klubunda yeni BAŞ MƏŞQÇİ

Qızıl bahalaşmaqda davam edir – SON VƏZİYYƏT/VİDEO

Qızıl bahalaşmaqda davam edir – SON VƏZİYYƏT/VİDEO

Lavrov: “Ukraynanın 2022-ci il sərhədlərinə qayıdacağına ümid etmək “siyasi korluqdur”” - VİDEO

Lavrov: “Ukraynanın 2022-ci il sərhədlərinə qayıdacağına ümid etmək “siyasi korluqdur”” - VİDEO

“Mançester Yunayted” yenə məğlub oldu - VİDEO

“Mançester Yunayted” yenə məğlub oldu - VİDEO

Duz qəbulunu azaltmaq qan təzyiqini dərmansız da salır - ARAŞDIRMA

Duz qəbulunu azaltmaq qan təzyiqini dərmansız da salır - ARAŞDIRMA

Hülya Koçyiğit Hərbi Memorial Məzarlığı ziyarət etdi - VİDEO

Hülya Koçyiğit Hərbi Memorial Məzarlığı ziyarət etdi - VİDEO

“Rusiya heç vaxt öz PUA və ya raketlərini Aİ və NATO dövlətlərinə yönəltmir” - VİDEO

“Rusiya heç vaxt öz PUA və ya raketlərini Aİ və NATO dövlətlərinə yönəltmir” - VİDEO

Hacıqabulda avtomobil aşıb, beş nəfər xəsarət alıb

Hacıqabulda avtomobil aşıb, beş nəfər xəsarət alıb

“Neftçi” – “Karvan Yevlax” oyununda hesab açılmadı - VİDEO

“Neftçi” – “Karvan Yevlax” oyununda hesab açılmadı - VİDEO

Şəkidə 65 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Şəkidə 65 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Lavrov: “Mertsin məqsədi Almaniyanı yenidən Avropanın əsas hərbi maşınına çevirmək” - VİDEO

Lavrov: “Mertsin məqsədi Almaniyanı yenidən Avropanın əsas hərbi maşınına çevirmək” - VİDEO

FİFA 7 oyunçunu futboldan KƏNARLAŞDIRDI

FİFA 7 oyunçunu futboldan KƏNARLAŞDIRDI

“Türkiyənin mövqeyinə hörmətlə yanaşırıq” - Lavrovdan Rusiya qazından imtina tələbinə CAVAB

“Türkiyənin mövqeyinə hörmətlə yanaşırıq” - Lavrovdan Rusiya qazından imtina tələbinə CAVAB

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı - VİDEO

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı - VİDEO

Fərid Əsgərov generalı İŞDƏN ÇIXARDI

Fərid Əsgərov generalı İŞDƏN ÇIXARDI

“Qeyri-qanuni sanksiyalar Qərb diplomatiyasının alətinə çevrilib” - Lavrov

“Qeyri-qanuni sanksiyalar Qərb diplomatiyasının alətinə çevrilib” - Lavrov

Prezidentin Nilayla görüşündə DUYĞULU ANLAR - VİDEO

Prezidentin Nilayla görüşündə DUYĞULU ANLAR - VİDEO

"Atletiko" böyük hesabla "Real"a QALİB GƏLDİ

"Atletiko" böyük hesabla "Real"a QALİB GƏLDİ

Çili senatorları Şuşa və Xankəndi şəhərlərində olublar - FOTO

Çili senatorları Şuşa və Xankəndi şəhərlərində olublar - FOTO

End of content

No more pages to load

RADİO