''Şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var''.
Bizim.Media xəbər verir ki, bunu deputat Vahid Əhmədov bu gün Milli Məclisin iclasında deyib.
''Mərkəzi Bankın sədrindən xahiş etdik ki, Banklar Assosiasiyası, ümumiyyətlə, bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın'',- deyə deputat qeyd edib.
O bildirib ki, banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər.
Bizim.Media