Rusiyanın böyük şərabçılıq təcrübəsinə malik “Abrau-Durso” (Абрау-Дюрсо) şirkəti ilə “Şəki Şərab”ın özəlləşdirilməsi üzrə müqavilə imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.
“Bu, Azərbaycan şərabının xarici bazarlara çıxışının təşviqi, müasir texnologiyaların tətbiqi, investisiya-ların qeyri-neft sektoruna cəlb edilməsi və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətlidir”, - deyə nazir əlavə edib.
Bizim.Media