Bu ilin oktyabrında Türkiyəyə təbii qaz idxalı 15,2% artaraq 4 milyard 657 milyon kubmetrə çatıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.
Hesabat dövründə boru kəmərləri ilə Türkiyəyə təbii qaz idxalı 6,9% azalıb, tankerlərlə tədarük isə 105,5% artıb.
Oktyabrda Türkiyə ən böyük həcmdə təbii qazı Rusiyadan alıb - 1 milyard 865 milyon kubmetr. Bunu 888 milyon kubmetrlə ABŞ və 762 milyon kubmetrlə Azərbaycan izləyir.
Bu dövrdə Rusiya və Azərbaycandan idxal müvafiq olaraq 8,8% və 30,9% azalıb, ABŞ-dan tədarük olunan qazın həcmi isə 748% artıb.
Bizim.Media