Startap və innovasiya ekosistemi: Görülən işlər, həll edilməyən problemlər…

“Ölkənin startap və innovasiya sektorunda  cari ildə görülən işlərə, yadda qalan tədbirlərə və ötən ildən qalan problemlərə bir daha nəzər saldıqda, il ərzində sektorda müəyyən addımlar atılsa da köklü problemlərin qaldığı görünür”.

Bizim.Media xəbər verir ki, bunu İT üzrə mütəxəssis Osman Gündüz “Facebook” səhifəsində yazıb.

Bu il ekosistemin inkişafının olduqca ləng getdiyinə diqqət çəkən ekspert Cari ildə KOBİA tərəfindən Startap şəhadətnamələrinin verilməsinə başlandığını bildirib:

“İndiyədək  27  startapa şəhadətnamə verilib. Bu sənədi əldə edənlər 3 il ərzində gəlir və mənfəət vergisindən azad olunub”.

Onun sözlərinə görə, sektorda cari ildə diqqət çəkən məqamlardan biri də əvvəllər özəl sektor və  vətəndaş cəmiyyəti, startap icmaları tərəfindən keçirilən müxtəlif startap tədbirlərinin əsasən birbaşa dövlət qurumları tərəfindən gerçəkləşməsi olub. 

“VXSİ Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində bir neçə universitetdə mentorların hazırlanması istiqamətində addımlar atılıb.  Agentlik cari ildə “Azərbaycan 500 ASAN Startap Proqramı” çərçivəsində  10 startap layihəsinə də dəstək verib”.

Osman Gündüz qeyd edib ki, Azərbaycanın 9 startapı  RİNN –nin dəsətyi ilə Türkiyədə keçirilən “Teknofest” festivalına qatılıb. Əlavə edib ki, növbəti ildə “Teknofest” festivalı Azərbaycanda keçiriləcək.
Təhsil Nazirliyi tərəfindən sektorun gələcək inkişafını nəzərdə tutan təhsil istiqamətli bir çox layihələr, stratap müsabiqələri və olimpiadalar  reallaşıb.  AzTU-da Code Academy və Təhsil Nazirliyinin dəstəyi ilə 100 nəfərlik İT və proqramlaşdırma kursları açılıb:

"İnformatika yoxsa Kimya" probleminin həlli sektorun inkişafına müsbət təsir edib. Yəni, uzun illər Ali məktəblərin İT və Kömpüter ixtisaslarını seçənlərdən İnformatika əvəzinə Kimyadan imtahanı nəzərdə tutan DİM-in Qaydalarının 2023-cü ildən dəyişəcəyinin elan edilmsi İnformatikaya diqqəti artırıb”

Ekspertin sözlərinə görə,sSektorda ötən ilin əsas yadda qalan hadisəsi, uzun illər qarşıya qoyulan vəzifələri obyektiv və subyektiv səbəblərdən reallaşdıra bilməyən, ümumiyyətlə fəaliyyət göstərməyən, lakin sektorda əsas səlahiyyətli qurum olan RİNN-nin  İnnovasiyalar Agentliyinin ləğvi olub.

Osman Gündüz sektorun inkişafına  təkan verə biləcək hüquqi sənədlərin bu il də yarımçıq qaldığını bildirib:

“Vençur  fondlar və vençur maliyyələşmə ilə qanun layihəsi müzakirəyə çıxarılmadı. İnnovasiyaların İnkişaf Stategiyası  ilə bağlı 3 il gözlənilən sənəd bu il də təqdim edilmədi. İnvestisiyalarla bağlı problem də həllini tapmayıb. Nə ilkin investisiya, nə də sonrakı inkişaf üçün startapların investisya əldə etməsi üçün mühitin inkişafı yetərli olmayıb.

Müşahidələr göstərir ki, cari ildə qonşu ölkələrin, Ukrayna, Gürcüstan, Ermənistan və Kazaxstan kimi ölkələrin cəmi bir-iki startapının əldə etdiyi investisiyanı bizim bütöv ekosistem əldə edə bilməyib”.
Qeyd edək ki, Global Startup Ecosystem Reytinqinə görə Azərbaycan 2021-ci ildə 19 pillə geriləyərək 89-cu yeri qazanıb. Ötən il Azərbaycan bu reytinq cədvəlidə daha yaxşı yerdə, 70-ci pillədə olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

End of content

No more pages to load

RADİO