2022-ci ildə gözlənilən qlobal ƏRZAQ QITLIĞI Azərbaycana necə təsir edəcək? – İqtisadi TƏHLİL

Son dönəmlər dünya mətbutında və bir sıra iqtisadçıların açıqlamalarında 2022-ci ildə ərzaq qıtlığının yaşanacağı ilə bağlı proqnozlara rast gəlmək mümkündür. Xüsusilə də, ərzaq ehtiyacının təmin olunmasında idxalın xüsusi yer tutduğu və inkişaf etməkdə olan ölkələrin daha ciddi böhranla üzləşəcəyi ilə bağlı məlumatlar dərc olunur.

Bəs, Azərbaycan üçün ərzaq qıtlığı gözlənilirmi?

Bu sualı Bizim.Media üçün cavablandıran iqtisadçı ekspert Eldəniz Əmirov ilk olaraq ərzaq təhlükəsizliyinin təmin olunması üçün dövlət büdəcsindən ayrılan vəsaitin miqdarındakı artım göstəricilərinə diqqət çəkib:

“2020-ci ildə pandemiyanın fəsadlarından dolayı bu ilin əvvəlində də ərzaq təhlükəsizliyi məsələsi aktual problem kimi müzakirə olunurdu. Lakin 2021-ci ildə ərzaq təhlükəsizliyinin təmin olunması üçün təxminən 450 milyon manatdan artıq vəsait ayrılmışdı. Bu 2020-ci illə müqayisədə 11% daha çox idi. Sözügedən vəsaitin həcminin 2022-ci ildə daha da artırılacağı proqnozlaşdırılır. Təkcə kənd təsərrüfatına 997,3 milyon manata yaxın məbləğ ayrılacaq. Bu 2021-ci illə müqayisədə 55 milyon manat daha çoxdur.
 

Məhz 2022-ci ilin dövlət büdcəsində də təxminən 456 milyon manatın ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ayırlması proqnozlaşdırılır”.


İqtisadçının fikrincə, ərzaq qıtlığı ilə bağlı verilən proqnozları birmənalı şəkildə real qəbul etmək o qədər də doğru yanaşma deyil:

“Ölkədə və beynəlxalq aləmdə qıtlıqla bağlı “Bloomberg” və digər nüfuzlu dərgilər tərəfindən verilən proqnozlar isə, neqativliyi qabardan və manipulyasiyaya uğramış rəqəmlərə əsaslanırdı. Nümunə üçün qeyd edək ki, İngiltərənin məşhur konsaltinq şirkətlərindən birinin son məlumatına görə, 2022-ci ildə qlobal iqtisadiyyatın rekord həddə çataraq, 100 trilyon dolları keçəcək. Təsəvvür edin ki, 2022-ci ildə Hindistanın Fransanı, 2023-də İngiltərəni, 2033-də isə Almaniya və Yaponiyanı ötəcəyi qeyd olunur. Bunları ona görə qeyd edirəm ki, qıtlıqla bağlı verilən proqnozları birmənalı şəkildə qəbul etmək doğru deyil”.

Azərbaycanın ərzaq təhlükəsizliyinə gəlincə...
 

“Ermənistan öz ərzaq ehtiyaclarının böyük hissəsini bizim işğaldan azad etdiyimiz ərazilər hesabına ödəyirdi. Bu səbəbdən də Ermənistanda ərzaq məsələsi ilə bağlı ciddi problemlər yaranıb.


Lakin bu amil Azərbaycanın ərzaq təhlükəsizliyinə müsbət təsir göstərəcək. Həmin ərazilərdən tədarük olunan taxıl, dənli və digər bitkilər, eyni zamanda qida zəncirinə daxil olan digər məhsulların istehsalı hesabına Azərbaycan öz ərzaq təhlükəsizliyini bir qədər də gücləndirəcək”, deyə Eldəniz Əmirov qeyd edib.

Ekspertin qənaətinə görə, Azərbaycanda sözügedən istiqamətdə görülən tədbirlər təhlükəni minimuma endirib:

“Azərbaycanda kənd təsərrüfatı sahəsində genişmiqyaslı islahatlar aparılır. Bu sektorun inkişaf etdirilməsi üçün investisiyalar ayrılır. Eyni zamanda, Cənab Prezidentin bu sahəyə diqqət və qayğısı da üst səviyyədədir. Bu faktorların üzərinə dövlət büdcəsindən ayrılan vəsaiti və valyuta ehtiyatlarını da gəldikdə isə, ərzaq təhlükəsizliyi baxımından Azərbaycan üçün hər hansı təhlükənin gözlənilmədiyini söyləyə bilərik”. 

Buna rəğmən Eldəniz Əmirov ərzaq qiymətlərində artımın olacağını da istisna etməyib:

“Ərzaq məhsullarında qiymət artımının olması mümkündür və bu olacaq. Amma Azərbaycanın dövlət büdcəsinin xərc hissəsi və mövcud valyuta ehtiyatları ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yetərlidir. Buna görə də, hər hansı təhlükə və qıtlıq səbəbindən narahat olmağa ehtiyac yoxdur”.




Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

End of content

No more pages to load

RADİO