Azərbaycanla İran arasında sayca dördüncü olmaqla 230 kilovoltluq elektrik xəttinin tikintisi başa çatdırılıb.
Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxış edən "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev deyib.
Onun sözlərinə görə, hazırda İran enerjisinin qiymətləndirməsi üçün son işlər həyata keçirilir.
"Rusiya ilə hazırda mövcud olan elektrik xətlərinin qiymətləndirilməsi layihəsi işlənilir və bu xəttin tikintisi planlaşdırılır", - deyə B.Rzayev qeyd edib.
Bizim.Media