Azərbaycanda əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.
Bizim.Media xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əmək pensiyasının minimum məbləği 240 manat məbləğində müəyyən olunub.
Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.
Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək.
Bizim.Media