Azərbaycanda beşdən çox uşağı olan və sosial müavinət alan qadınların sayı açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, onların sayı 2500, uşaqlarının sayı isə 10 min nəfərdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin bugünkü Fərmanı ilə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb.
Bizim.Media