Milli Məclis Maliyyə Nazirliyi ilə bağlı qanun layihəsini TƏSDİQLƏDİ

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında” qanun layihəsi qəbul edilib.

Bizim.Media xəbər verir ki, 10 yanvar 2006-cı il tarixdə imzalanmış Müqaviləyə əsasən, Cənubi Qafqaz regionunda Ekoregional Mühafizə Proqramı və bu Proqramın tərkib hissəsi olan “Samur-Yalama Milli Parkı/nın yaradılması, habelə bu işlərin həyata keçirilməsi ilə bağlı ilk növbədə xarici valyuta xərclərinin maliyyələşdirilməsi üçün əvəzsiz olaraq KfW 2 milyon 550 min avro maliyyə yardımını əvəzsiz olaraq verəcəkdi.

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası başladı – 34 məsələ müzakirə olunur

Müqavilə çərçivəsində 17 sentyabr 2020-ci il tarixinədək bu vəsaitdən 1 milyon 672 min 550,11 avro ödənilib.

Layihədə qeyd edilir ki, bu səbəbdən növbəti ödənişlər üçün 30 dekabr 2026-cı il tarixinədək hüquqi çərçivənin təmin edilməsi məqsədilə Maliyyələşdirmə Müqaviləsində dəyişikliklərin edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, KfW artıq 31 dekabr 2009-cu il tarixindən sonra deyil, 30 dekabr 2026-cı ildən sonra ödəniş etməkdən imtina etmək hüququna malik olacaq.

Müqaviləyə görə, KfW ilə Resipient arasında bu Müqavilə ilə tənzimlənən qarşılıqlı hüquqi münasibətlər Layihənin icra müddəti başa çatdıqdan sonra, bu Müqavilənin imzalandığı tarixdən 15 il müddətindən gec olmayaraq bitəcəkdi.
Düzəlişə görə isə KfW ilə Resipient arasında bu Müqavilə ilə tənzimlənən qarşılıqlı hüquqi münasibətlər layihənin icra müddəti başa çatdıqdan sonra, 30 dekabr 2027-ci il tarixdən gec olmayaraq bitəcək.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlk dəfə Papa ilə görüşəcək

İlk dəfə Papa ilə görüşəcək

3-cü MDB Oyunlarında üzgüçülük yarışlarının qalibləri bəlli oldu

3-cü MDB Oyunlarında üzgüçülük yarışlarının qalibləri bəlli oldu

Ermənistanda 3 nəfəri güllələyən şəxs TUTULDU

Ermənistanda 3 nəfəri güllələyən şəxs TUTULDU

FAKTİKİ HAVA: Yağış yağıb, duman olub

FAKTİKİ HAVA: Yağış yağıb, duman olub

Azərbaycanlı futbolçu qol vurdu, komandası uduzdu

Azərbaycanlı futbolçu qol vurdu, komandası uduzdu

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin özünü buraxmasından iki il ötür

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin özünü buraxmasından iki il ötür

Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

Bu tarixlərdə doğulanlar illər keçdikcə daha xoşbəxt olurlar

Bu tarixlərdə doğulanlar illər keçdikcə daha xoşbəxt olurlar

Toylara qadağa gəlir? – DEPUTATDAN AÇIQLAMA

Toylara qadağa gəlir? – DEPUTATDAN AÇIQLAMA

DİQQƏT: Bu şəxslərin "prava" almaq hüququ məhdudlaşdırıla bilər...

DİQQƏT: Bu şəxslərin "prava" almaq hüququ məhdudlaşdırıla bilər...

“Turan Tovuz” bu gün “Kəpəz”i sınağa çəkəcək

“Turan Tovuz” bu gün “Kəpəz”i sınağa çəkəcək

Əkizləri üçün dayə AXTARIR: 2000 azn maaş verəcək

Əkizləri üçün dayə AXTARIR: 2000 azn maaş verəcək

Gələn ay bu BÜRCLƏRİN üzündən gülüş əskik olmayacaq

Gələn ay bu BÜRCLƏRİN üzündən gülüş əskik olmayacaq

Bu qədər dərmanı ölkəyə qanunsuz keçirmək istədi - FOTO

Bu qədər dərmanı ölkəyə qanunsuz keçirmək istədi - FOTO

Hər həftə qapıya duz səpin: 20 illik evdar qadınlar bu sirri heç kimə demir

Hər həftə qapıya duz səpin: 20 illik evdar qadınlar bu sirri heç kimə demir

“Vəfa gördü ki, sənət pul gətirmir, yolunu dəyişdi”

“Vəfa gördü ki, sənət pul gətirmir, yolunu dəyişdi”

Qaz sayğacları buna görə dəyişdirilir

Qaz sayğacları buna görə dəyişdirilir

Messi "İnter Mayami" ilə razılığa gəldi

Messi "İnter Mayami" ilə razılığa gəldi

Polşa qırıcılarını havaya qaldırdı - NƏ BAŞ VERİR?

Polşa qırıcılarını havaya qaldırdı - NƏ BAŞ VERİR?

İstanbula uçan təyyarə Bakıda məcburi eniş etdi

İstanbula uçan təyyarə Bakıda məcburi eniş etdi

Ermənistanın daha bir kəndində qətl törədildi

Ermənistanın daha bir kəndində qətl törədildi

Rusiya bu gecə Kiyevi bombaladı -FOTO/VİDEO

Rusiya bu gecə Kiyevi bombaladı -FOTO/VİDEO

Balakənin Şərif kəndini sel basdı - FOTO

Balakənin Şərif kəndini sel basdı - FOTO

End of content

No more pages to load

RADİO