Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın növbəti iclasının vaxtı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nadzın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Belə ki, gələn ilin fevral ayında Bakıda Komissiyanın 8-ci iclasının, iclas çərçivəsində Azərbaycan-Macarıstan Biznes Forumunun keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Bizim.Media