Zəngəzurdan keçən dəmir yolu hansı marşrut üzrə salınacaq? – Anar İsgəndərovun ŞƏRHİ 

“Sovet dönəmində Naxçıvanla Azərbaycan SSR-nı birləşdirən dəmiryolu var idi. Sonrakı dövrdə avtomobil yolu da çəkildi. Ermənilər o zaman Azərbaycanın Naxçıvanla əlaqəni aradan qaldırmaq üçün dəmiryolu xəttini dağıtdılar. Magistral yolla gediş-gəliş isə mümkünsüz oldu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili, tarixçi alim Anar İsgəndərov Bizim.Media-ya verdiyi özəl müsahibəsində qeyd edib.

Belə ki, Brüssel görüşündə Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun açılması haqqında əldə olunan razılaşma ilə bağlı fikirlərini bölüşən millət vəkili 44 günlük savaşda qazandığımız zəfərdən sonra Zəngəzur dəhlizi məsələsinin danışıqlar predmetinə çevrilməsinə diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Horadiz-Ağbənd dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix AÇIQLANDI


Anar İsgəndərov Şərqi Zəngəzuru Naxçıvana birləşdirən SSRİ dönəmindəki dəmir yolu ilə yeni salınacaq olan yolu müqayisə edib:

“Müzakirə olunan dəmiryolu, SSRİ dönəmindəki dəmiryoludur. Bu yollar təqribən 40-42 km uzunluğunda idi. Lakin məsələ burasındadır ki, hal-hazırda hər hansı dəmiryolu yoxdur. Azərbaycan qısa müddət ərzində sərhədə qədər olan dəmiryolunu ən müasir şəkildə bərpa edəcək. Azərbaycan buna yazılı şəkildə razılıq verib. Lakin Ermənistan ərazisində yolun çəkilişi ilə bağlı nə baş verəcək, bu hələlik bir qədər qeyri-məlumdur”.

Millət vəkili məsələ ilə bağlı hansı məqamların qeyri-müəyyən olmasının səbəblərini də qeyd edib:  

1. Ermənistan dəmir yolunun icarədarı Rusiya Federasiyasıdır. 

2. Dağılmış yollar bərpa olunarkən günümüzün tələbləri nəzərdə tutulacaq. Bu günün tələbləri baxımından digər ölkənin ərazisindən keçən dəmir yolu vasitəsilə yüklər və sərnişinlər hansı formada gedirsə, bizdə də belə olacaq.

- Bildiyimiz kimi, Zəngəzurdan keçən keçmiş dəmir yolu bir çox erməni yaşayış məntəqələrindən keçir. Gələcəkdə dəmir yoluna və daşınmalara yönələn, erməni revanşizmindən irəli gələn müəyyən təxibatların baş verməsi ehtimalları varmı?

“Əlbəttə ki, kimsə dəmir yolu ilə bağlı hər hansı sabotaja əl atmaq, qatarın şüşəsini sındırmaq istəyə bilər. Bu tarix boyu həmişə olub və onların uşaq düşüncəsindən irəli gəlir. Lakin əsas olan bu deyil. Əsas olan Azərbaycanın növbəti qələbəsidir”.

Anar İsgəndərovun fikrincə, dəmir yolu ilə yanaşı, SSRİ dönəmində mövcud olmuş magistral yolun da aqibəti ilə bağlı danışıqlar gedir və gedəcək. Millət vəkili qeyd edib ki, avtomobil yolunun taleyi məsələ də öz müsbət həllini tapacaq.

Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Brüsseldə keçirilən sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.
 

Müzakirələrin ardınca mətbuata açıqlama verən tərəflər Azərbaycanı Naxçıvana birləşdirəcək dəmir yolu xəttinin açılması ilə bağlı razılığın əldə olunduğunu bəyan ediblər.


Dekabrın 16-da isə, Nikol Paşinyan hökumət iclası zamanı Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz yolunun tikintisi ilə bağlı razılaşmanın əldə olunduğunu açıqlayıb. Bu isə o deməkdir ki, SSRİ dönəmində fəaliyyət göstərən yol eyni marşrut üzrə yenidən bərpa olunacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

End of content

No more pages to load

RADİO