“Dərhal alış-veriş krediti əldə etməyə imkan verən sistemi Azərbaycanda da tətbiq edə bilərik”.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Mastercard”ın biznesin inkişafı üzrə direktoru Mithat Perköz deyib.
O bildirib ki, Azərbaycanda buna maraq göstərən banklar var. Hazırda sistemin tətbiqi ilə bağlı araşdırma aparılır.
“Hazırda bunu necə tətbiq edə bilərik, xüsusilə də hüquqi müstəvidə qarşımızda hansı amillər olduğunu araşdırırıq. Yaxın zamanda Azərbaycanda da anında alış-veriş krediti əldə etməyi təmin edəcək sistemi həyata keçirməyimiz mümkün ola bilər”.
Qeyd edək ki, bu sistemlə yüksək dəyərli, o cümlədən avtomobil kimi məhsulların da onlayn alışını həyata keçirmək mümkün ola bilər.
Bizim.Media