İqtisadiyyat naziri Mikayıl Cabbarov Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Skyonsberqlə görüşüb.
Bizim.Media xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
“Erlinq Skyonsberqlə ticarət, investisiya və rəqəmsal iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafı, işğaldan azad edilmiş ərazilərimizə Norveç şirkətlərinin cəlb edilməsi məsələlərini müzakirə etdik”, - deyə Mikayıl Cabbarov vurğulayıb.
Bizim.Media