Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçirilir.
Bizim.Media xəbər verir ki, tədbirin açılış mərasimində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər.
Gürcüstan, Azərbaycan və Türkiyənin ticarət və sənaye palataları arasında memorandumun imzalanması planlaşdırılır.
Bundan öncə Mikayıl Cabbarov gürcüstanlı həmkarı ilə görüş keçirib.
Nazir görüşlə bağlı Tvitter hesabında bu sözləri yazıb:
“Gürcüstanla uğurlu ikitərəfli əməkdaşlıq çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natela Turnava ilə görüşdə ticarət əlaqələrimizin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşları barədə müzakirələr apardıq”.
Bizim.Media