13 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.
Bizim.Media Dövlət Neft Fonduna istinadən xəbər verir ki, iclasda Fondun 2022-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib.
Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Prezident İlham Əliyevə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.
Bizim.Media