Azərbaycan iqtisadiyyatına ən çox hansı ölkələrdən pul qoyulur? - SİYAHI

2021-ci ilin doqquz ayının yekununda Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyaların həcmi artıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Mərkəzi Bank yayıb. 

Mənbə qeyd edir ki, müvafiq dövr ərzində Azərbaycan iqtisadiyyatına xarici ölkələrdən 3 664 660 000 dollar investisiya yönləndirilib.

Rəqəmlərə əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 274 131 000 dollar və ya 8,1 faiz çoxdur.

Ötən dövr ərzində ölkəmizə ən çox investisiya yatıran ölkə Böyük Britaniya olub. Krallıqdan Azərbaycana 1 234 759 000 dollar vəsait cəlb edilib. Vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz azalıb.

İqtisadiyyatımıza ikinci ən çox investisiya qoyan ölkə isə Türkiyə olub. Azərbaycana Türkiyədən 530 051 000 dollar sərmayə yerləşdirilib ki, bu da illik müqayisədə 0,3 faiz çoxdur.

Vəsaitin həcminə görə Azərbaycan iqtisadiyyatına üçüncü ən çox investisiya etmiş ölkə - Amerika Birləşmiş Ştatları olub. Belə ki, bu ölkədən Azərbaycana sərmayə qoyuluşu 8,3 faiz artaraq 410 960 000 dollar olub.

İlin doqquz ayı ərzində Azərbaycana ən çox sərmayə qoyuluşu edən 10 ölkə aşağıdakı kimi sıralanıb:

1. Birləşmiş Krallıq - 1 234 759 000 (illik müqayisədə 0,9 faiz az);

2. Türkiyə - 530 051 000 (illik müqayisədə 0,3 faiz çox);

3. Amerika Birləşmiş Ştatları - 410 960 000 (illik müqayisədə 8,3 faiz çox);

4. Malayziya - 324 857 000 (illik müqayisədə 54,5 faiz çox);

5.Kipr - 231 309 000 (illik müqayisədə 46,9 faiz çox);

6.Yaponiya - 215 820 000 (illik müqayisədə 20,4 faiz az);

7. İran İslam Respublikası - 209 390 000 (illik müqayisədə 54,9 faiz çox);

8.Norveç - 121 722 000 (illik müqayisədə 21 faiz az);

9. Gürcüstan - 74 264 000 (illik müqayisədə 3,5 dəfə çox);

10. Birləşmiş Ərəb Əmirlikləri - 48 222 000 (illik müqayisədə 1,9 dəfə çox).

Adı qeyd edilən ölkələrdən Azərbaycana cəlb edilən investisiyalar ümumi sərmayə qoyuluşu həcminin 92,8 faizini təşkil edərək 3 401 355 000 dollara bərabər olub.

Bu isə müvafiq ölkələr üzrə ötən ilin eyni dövründə cəlb edilən vəsaitlərdən 388 207 000 dollar və ya 12,9 faiz çoxdur. 

İlin doqquz ayı ərzində siyahıda adı olan ölkələrlə yanaşı Hindistan, Rusiya Federasiyası, Niderland, Lüksemburq, Filippin, İtaliya, Avstriya, Latviya, İsveçrə, İspaniya, Almaniya, Sinqapur, Rumıniya, Danimarka, Fransa, Qazaxıstan, Koreya Respublikası, Belçika və digər dövlətlər tərəfindən də Azərbaycana investisiyalar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO